Çox dadlı, faydalı, ucuz, asan meyvəli piroq


Ərzaqlar;

Xəmir;


  • 100 qr şəkər tozu
  • 1 çay qaşığı vanil
  • 100 qr kərə yağı
  • 2 yumurta
  • 1 çay qaşığı qabartma tozu
  • 150-200 qr un

Üzərinə səpmək üçün;

  • 100 qr badam (və ya fındıq, qoz)
  • 100 qr kərə yağı
  • 100 qr şəkər tozu
  • 100-150 qr un


İçlik;

  • 500-600 qr istənilən meyvə (sulu meyvələrdən istifadə etməyin)


Hazırlanması;

Xəmir:

  • Yumşaq kərə yağını şəkər tozu və vanillə qarışdırın, yumurta əlavə edin, yenə qarışdırın
  • Unu qabartma tozu ilə birlikdə ələyin, kütləyə əlavə edin, qarışdırın
Ovuntu: 
  • Badamı blenderdə xırdalayın, şəkər tozu, yumşaq yağ və un əlavə edin, barmaqlarınızla ovuşdurun
  • Meyvələri xırda doğrayın
  • Soba qabına bişirmə kağızı qoyub xəmiri tökün, üzərinə meyvələri düzün və ovuntu səpin
  • 180° qızdırılmış sobada piroqu 40-45 dəqiqə bişirin
  • Hazır piroqu tam soyudun, sonra doğrayın

Yorum Gönder

0 Yorumlar