Xanim.Net artıq çəkili xanımların problemlərini nəzərə alaraq vaxtaşırı sağlam formada çəki atmağa yardıçı olacaq pəhrizləri təqdim etməkdədir. Bu dəfə də təqdim edəcəyimiz pəhriz bol vitaminli olduğuna görə Sizin uzun müddət tox saxlaya biləcək. Bu pəhrizin tətbiqi 10-15 gündür. Nəticədə isə 4 kq arıqlamaq mümkündür.
Pəhrizin menyusu:
saat 8:00 - 1 fincan çay
saat 11:00 - 1 ədəd qaynadılmış yumurta, 8 ədəd təzə gavalı (qurudulmuş da olar)
saat 14:00 - 200 qram yağsız soyutma ət (toyuq və ya sosis də ola bilər) və dietik salat (aşağıda salatın tərkibi var)100 qram qarnir olaraq. 1 alma və ya portağal.
saat 17:00 - 300 qram pendir,1 alma ve ya portağal.
saat 20:00 - 1 stəkan qatıq
Salatın tərkibi:
-təzə kələm
-təzə kök
-təzə xiyar
-cəfəri
-az miqdarda zeytun yağı

0 Yorumlar