Nə qədər istəsək də başladığımız əlaqələrin hamısı qalıcı olmaz, bəziləri bitər...
Bu duyğular arasında bunlar sayıla bilər:
İnkar.
Ayrılığın həqiqətən yaşandığına, əlaqənin bitdiyinə inanmamaq...
Qarşısındakından yeni bir şans daha istəmək, "Lütfən getmə" deyə yalvarmaq, "Qalsan bunları dəyişdirəcəyəm" kimi sözlərlə özünü aldatmaq...
Hirslilik.
Dünyamızı sarsıtdığı üçün qarşımızdakı adama qarşı qızıb hirsli davranmaq...
Qarışıqlıq.
Harada və necə olduğumuzu bilməyəcək qədər gündəlik həyatımızın dağılması...
Qərarsızlıq.
Bir əlaqəni bitirməyə qərar vermənin günahkarlığı və qarşımızdakını incitməmə istəyi...
Qorxu.
Bu cür sıx duyğularla bir daha heç sevib - sevilməyəcəyimizdən qorxmaq...
Təklik.
Özünü tək başına, çarəsiz və yapayalnız hiss etmək...
Günahkarlıq.
Yaşadıqlarımızı gözümüzdə davamlı olaraq canlandırıb, öz - özümüzə "Kaş ki bunu, onu etsəydim" demək, əlaqəmizdəki səhv getmiş şeylər üçün özümüzü günahlandırmaq...
Kədər.
Dərin və acılı -ağrılı bir itki yaşamaq, dünyanın sonu gəlmiş kimi kədərlənib ağlamaq...
Ümid.
Yenə birləşəcəyimizi arzulamaq, özümüzü daha yaxşı hiss edib əlaqənin bitdiyi gerçəyini qəbul edincə, yeni və daha gözəl həyat üçün ümidlərimizin canlanması...
Özünüzə qarşı səbirli olun...
Ayrılığın mənfi təsirlərindən xilas olub özünüzü yenidən yaxşı hiss etməniz zaman ala bilər. Biriylə danışmaq və bölüşmək, ümumiyyətlə fərqli bir dünyagörüşü qazandırar. Dostlarınızla və güvəndiyiniz yaxınlarınızla danışmaq sizə kifayət qədər yaxşı gəlmirsə və yaşadıqlarınızı daha yaxşı anlamaq istəyirsinizsə bir mütəxəssislə məsləhətləşin....


0 Yorumlar