Bunu APA-ya açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.
O bildirib ki, bununla bağlı bu günlərdə qərar qəbul olunub. Sədr müavini qeyd edib ki, qərarla bağlı “ASAN Xidmət” mərkəzlərinə məlumat verilib: “Təsəvvür edin ki, bir ailədə həm Mamed, həm Məmməd, həm də Məhəmməd adında uşaqlar var. Əslində Mamed və Məmməd adlarının kökü elə Məhəmməddir. “ASAN Xidmət” mərkəzlərindən də bizə tez-tez müraciət edirdilər ki, Mamed adının düzgün yazılış qaydasını bilmirik. Artıq bununla bağlı qərar qəbul olunub və vahid ad kimi Məhəmməd seçilib”.
[button color="pink" size="" type="" target="_blank" link="http://www.xanim.net/adlarin-menasi/"]Şəxs adlarının mənası üçün klikləyin[/button]

0 Yorumlar