Sevən insanla özünü sevirmiş kimi göstərən arasında fərqlər var. Bir kişinin sizi sevib yaxud sevmədiyini təqdim etdiyimiz fikirləri oxuyandan sonra qərar verə bilərsiniz.
- Keyfiniz olmayanda bunu hiss edir və səbəbini soruşur
- Ürəyinizdən nə keçdiyini bilmək istəyir
- Danışarkən dinləməyi bacarır
- Sakit dayandığınızda, susduğunuzda sizi danışdırır
- Ağladığınız zaman o da kövrəlir
- Hədiyyə alır
- Sizi nə xoşbəxt edirsə onları bilir
- Sevdiyiniz musiqiləri dinləməyi o da sevir
- Getmək istədiyiniz yerə etiraz etmir və sizi ora aparır
- Bir probleminiz varsa onu həll etməyə çalışır
- Nəzakətlidir
- Xətrinizə dəydiyi zaman peşman olur
- Bağışlayır
- Üzr istəməyi bacarır. Ailəsiylə münasibətinizin yaxşı olmasına çalışır
- Dostlarınızla münasibətdə buna normal yanaşar

0 Yorumlar