- Kəskin ədviyyatlı yeməkləri xoşlayırsınızmı?
- Müəyyən dairələrdə (kompaniyada, kollektivdə) özünüzü yaxşı hiss edirsinizmi?
- Sizdə bəzən sevincdən göylərə uçmaq arzusu yaranırmı?
- Öz qonaqlarınızı əyləndirə bilirsinizmi?
- Başınız tez-tez ağrıyır?
- Dişlərinizi təmizləməyi unutduğunuz vaxtlar olurmu?
- Həmişə eyni saç düzümünü daşıyırsınız?
- Krossvord (tapmaca) həll etməkdən zövq alırsınızmı?
- Gimnastika ilə və ya idman ilə məşğul olursunuz?
- Qəmgin əhval-ruhiyyəsində tez-tez olursunuz?
- Sakit vəziyyətdə işləmək xoşunuza gəlirmi?
Xarakterin təyin edilməsi haqda testin nəticələri:20 baldan aşağı nəticə:
Siz yığıncaqları (kompaniyaları) o qədər də çox sevmirsiniz. Əsasən sakitlik və təbiətdə gəzintilər sizin daha çox ürəyinizcədir. Siz dostlarınız ilə axşam səs-küylü kafe və restoranlarda deyil, daha çox isti ev şəraitində ünsiyyət saxlamağa üstünlük verirsiniz. Buna görə dostlarınız və tanışlarınız düşünürlər ki, siz darıxdırıcı insansınız.
21-25 bal: Siz kifayət qədər yüngül xasiyyətlisiniz, insanlarla daha tez ünsiyyət tapırsınız, çox dəyişkən əhval-ruhiyyəyə meylli deyilsiniz.
25 baldan yuxarı nəticə: Yığıncaqlarda və kompaniyalarda sizin əvəziniz yoxdur. Çox gözəl yumor hissiniz var. Siz digər insanlarda yaxşı əhval-ruhiyyə yarada bilirsiniz. Çox asanlıqla insanları güldürə, zarafat edə, maraqlı əhvalatlar danışa bilirsiniz.
| Suallar | |||||||||||
| Cavablar | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| Bəli | 3 | 2 | 4 | 3 | 1 | 4 | 3 | 1 | 3 | 1 | 4 |
| Xeyir | 2 | 1 | 2 | 2 | 2 | 1 | 1 | 4 | 1 | 4 | 1 |

0 Yorumlar