Cinsi həyatınızda bəzi problemlər varsa ilk olaraq özünüzə dönüb nəyi səhv etdiyinizə baxmalısınız. Çünki yataqda etdiyiniz bəzi səhvlər cinsi həyatınıza zərər verə bilər. Xoşbəxt bir cinsi həyat üçün bu səhvləri etməyin.
Rəngli, həyəcanlı və hər iki tərəfi də xoşbəxt edəcək bir cinsi həyat hər kəsin istəyidir. Ancaq kiçik kimi görünən bəzi səhvlər cinsi həyatınıza düşündüyünüzdən çox daha çox zərər verib, cinsi həyatınızın xəyal etdiyiniz kimi olmasını maneə törədə bilər.
Çox qadının yataqda etdiyi səhvlər bunlardır:
Davamlı rahat paltarlar geyinmək
Uzun və yorucu bir günün ardından evə gəldiyinizdə ilk olaraq sizə paltarlardan xilas olmaq və rahat bir şeylər geyinmək istəyirsiniz. Amma rahat pijamalarınızı partnyorunuzun çox da seksi görmədiyi bir gerçəklikdir. Xüsusilə, uzun müddətli, davamlı əlaqələrdə seksual alt paltarlarının yerini rahat pijamaların tutması olduqca təbii olsa da, zaman-zaman aranızdakı havanı canlandırmaq üçün seksual alt paltarları və pijamalara da bir nəzər salın.
İlk hərəkəti edə bilməmək
Kişilər qadınların yataqda idarə etməni ələ almasını sevirlər. Həmçinin, arzu edildiklərini hiss etmək də çox xoşlarına gəlir. Buna görə onu həqiqətən istədiyinizi göstərmək üçün bəzən seksi başladan tərəf ola bilərsiniz. İlk hərəkəti davamlı olaraq ondan gözləmək yerinə bu dəfə partnyorunuzu yatağa siz aparın.
Çox avtoritar olmaq
Nə qədər avtoritar və idarəçi bir quruluşunuz olursa olsun, cinsi həyatınız bu xüsusiyyətlərinizi göstərməyiniz üçün doğru sahə deyil. Heç bir kişi yataqda davamlı göstərişlər eşitməkdən xoşlanmaz. Əlbəttə, nə istədiyinizi, nəyi xoşlandığınızı partnyorunuzla paylaşmalısınız, ancaq bunu öyrədici bir formada etməyiniz çox da xoş deyil.
Özünə güvənməmək
Kişilər üçün qadındakı ən seksual şey özünə olan güvəndir. Buna görə də öz bədəninizlə barışıq olmağınız və hətta qürur duymağınız sizi mükəmməl bədən ölçülərindən çox daha seksual göstərir. Bədəninizdə qüsurlu olduğunu düşündüyünüz yerləri saxlamağa çalışmaq yerinə özünüzü olduğunuz kimi sevin və bunu ona hiss etdirin.
Görünüşünüzlə əlaqədar narahat olmaq
Paltarlarınızı çıxarmazdan əvvəl işıqların sönməsini gözləməyiniz, ya da paltarlarınızı mümkün olduğunca üstünüzdə tutmağa çalışmağınız sadəcə partnyorunuza sizin özünə etibarı olmayan bir qadın olduğunuzu düşündürür. Daha əvvəl də söylədiyimiz kimi, ən seksual şey özünüzə olan güvəndir. Bədəninizdən utanıb, seks əsnasında bunun üçün narahat olmaq yerinə qarşı tərəfə diqqətinizi yönəltsəniz daha çox xoşbəxt olacaqsınız.
Nə istədiyinizi izah etməmək
Partnyorunuzun ağıl oxuma kimi bir xüsusiyyəti olmadığını unutmayın. Hər zaman sizin nə istədiyinizi və ya nə düşündüyünüzü təxmin etməsi də qeyri-mümkündür. Buna görə də ona istəklərinizi açıq-aydın izah etməkdən çəkinməyin. Sağlam bir əlaqənin təməlində necəki ünsiyyət varsa, yaxşı bir cinsi həyatın təməlində də ünsiyyət var.
Rola girmək
Orgazm olmaq zaman-zaman hər kəs üçün çətin ola bilər, ancaq rola girmək bu vəziyyətin həlli deyil. Seks hər iki tərəf üçün də əyləncəli olmalıdır və sizi xoşbəxt etməlidir. Ancaq əgər orgazm ola bilmirsinizsə və bunu partnyorunuzdan saxlamaq lazım olduğunu hiss edirsinizsə, tək özünüzə deyil, ona da pislik etmiş olarsınız. İkinizin də vaxtını belə bir yalanla xərcləmək yerinə xoşlandığınız şeyləri ona izah edin və sizi həqiqətən məmnun etməsi üçün ona bir şans verin.
Səssiz qalmaq
Əgər partnyorunuz sizi xoşbəxt edirsə, bunu bilməlidir. Əlbəttə, rola girməyinizdən bəhs etmirik, amma səssiz qalınan bir cinsi həyatın çox xoş olmadığını da unutmayın. Nə qədər əyləndiyinizi, xoşbəxt olduğunuzu, ya da zövq aldığınızı bilmək qarşı tərəfin də daha çox zövq almasını təmin edəcək.
Yeniliyə qarşı bağlı olmaq
Kişilərin ən çox şikayətləndiyi şeylərdən biri də qadınların cinsi həyatda yeniliklərə qarşı bağlı olmalarıdır. Əlbəttə, heç kim istəmədiyiniz şeyləri sizdən zorla etməyinizi gözləməməlidir. Ancaq davamlı eyni şeylərdə israrçı olmaq da cinsi həyatınızı monotonlaştırır. Ən azından sevgilinizin fantaziyalarını dinləyib, özünüzə uyğunlaşdırmağı sınayaraq cinsi həyatınıza bir az həyəcan qata bilərsiniz.
Yalnız özünüzü düşünmək
Ümumiyyətlə, kişilər bununla günahlandırılsa da çox vaxt qadınlar da yataqda eqoist ola bilirlər. Cinsi həyatınızda xoşbəxt olmaq təbii ki, haqqınızdır, ancaq partnyorunuzun da xoşbəxt olması üçün səy göstərməyiniz lazımdır. İlk olaraq onun gözləntilərini öyrənməlisiniz və onu nə qədər xoşbəxt etsəniz bu vəziyyətin sizə o qədər əks etdirəcəyini unutmamalısınız.
Xəyal dünyanızdan istifadə etməmək
Yalnız partnyorunuzun deyil, sizin də bir çox fantaziyanız ola bilər. Sadəcə bir az xəyal gücünüzdən istifadə edərək sizi nəyin həyəcanlandıracağını kəşf edə bilərsiniz. Yaradıcılığınızdan istifadə edin və həm partnyorunuzu, həm də sizi xoşbəxt edəcək yeni şeylər kəşf etməyi sınayın.
Planlı olmaq
Gündəlik həyatımızda planlı olmaq olduqca xoş və hətta lazımlı bir xüsusiyyət ola bilər, ancaq bu dvəziyyət cinsi həyatınız üçün heç də etibarlı deyil. Cinsəlliyi yalnız müəyyən zamanlarda, müəyyən yerlərdə yaşanacaq bir şey olaraq görürsünüzsə, özünüzü bir az açmağa ehtiyac var. Bir az spontan olmağa çalışın və nə zaman olursa, olsun onu nə qədər istədiyinizi göstərməkdən çəkinməyin.
///Sevil

0 Yorumlar