Cazibədar insanlar daha az xəstələnir?

Alimlər sübut ediblər ki: cazibədar insanlar endokrin və ürək-damar sisteminin xəstəliklərindən daha az əziyyət çəkirlər. Xüsusi diqqəti mütəxəssislər şəkərli diabetin və arterial hipertoniyanın inkişafının riskinə yönəldirlər. Ehtimal ki, gözəl insanlar öz bədənlərinə daha çox diqqət ayırır və daha çox həkimdə müayinədən keçirlər.

Bu məlumatlar müxtəlif xarici görünüşə malik 15 min könüllünün iştirakı ilə keçirilmiş sınağın gedişatında təsdiqlənib.

Alimlər insanların cinsini, yaşını və onlara təsir edən sosial amilləri nəzərə alıblar. Məlum oldu ki, özünü o qədər də cazibədar hesab etməyən insanlar daha çox depressiyadan əzab çəkirlər ki, bu da yüksək təzyiq və ya şəkərli diabet kimi xəstəliklərin inkişafı riskini artırır. Psixoloqlar əmindirlər ki, insanın mənəvi əhval-ruhiyyəsi bir çox şeydə onun fiziki vəziyyətini müəyyən edir.

Pis əhval-ruhiyyə bəzən orqanların və sistemlərin işində problemlərə və stressə səbəb olur. Bundan başqa özünə arxayın insanlar öz bədənlərinə daha məsuliyyətli yanaşırlar ki, bu da onların sağlamlığının səviyyəsini müəyyən edir.

Yorum Gönder

0 Yorumlar