Solariumda qaralma üzrə məsləhətlər

Biz sizə solyariumda gözəl və düzgün qaralmaq üçün bəzi məsləhətlər təqdim edirik.

İmkan daxilində eyni gündə həm solyariumda, həm də ki, qızmar günəş altında qaralmaqdan çəkinin, çünki həddən artıq çox ultrabənövşəyi şüalar yanıqlara səbəb ola bilər.

Hamiləlik zamanı solyariumlardan istifadə etmək olarmı?

Əgər təbii günəş işığından qorunmaq qadağan olunmayıbsa, bu zaman hamiləlik vaxtı da solyariumdan istifadə etmək olar. Lakin bundan sui-istifadə etməyin, çünki hamiləlik orqanizm üçün böyük yüklənmədir. Şübhəniz olduqda mütləq öz həkiminiz ilə məsləhətləşin.

Açıq dərili insanlar solyariumdan istifadə edə bilərmi?

Dermatoloqların fikrincə, uşaqlara və açıq dərili insanlara günəşdə və solyariumda qaralmadan çəkinmək lazımdır.

Biz niyə qeyri-müntəzəm qaralırıq?

Əllərin və ayaqların daxili səthləri bədənin başqa hissələrinə baxanda daha az qaralır, çünki bu yerlərdə dəridə daha az piqment hüceyrələri olur. Üz həmçinin gec qaralır, çünki üzün qoruyucu dəri qatı anadangəlmə çox qalındır və bu da ultrabənövşəyi şüalanmadan müdafiə edir. Çillərin və piqment ləkələrin tərkibində çox böyük miqdarda piqment olduğu üçün onlar dərinin başqa sahələrindən daha sürətli qaralır.

Günəş yanığı zamanı nə etmək lazımdır?

Yüngül yanıq öz-özünə keçməlidir. Bunun üçün dərininizə bol nəmləndirici kosmetik vasitələr çəkin və daha çox maye qəbul edin. Güclü yanıq zamanı isə həkimə müraciət edin.

Qaralma dəridə nə qədər qalır?

Təxminən iki-dörd həftə. Dəri 28 gün ərzində tamamilə yenilənir. Lakin xüsusi vasitələrin köməyi ilə qaralmanı daha uzun müddət saxlamaq olar.

Yay məzuniyyətindən sonra qaralmanı necə saxlamaq olar?

Həftədə 1-2 dəfə solyariumdan istifadə edin. Həftədə bir neçə dəqiqə qaralma, onu bir il ərzində saxlamaq üçün kifayət edir.

Solyariumda qaralmanın sağlamlıq üçün xeyiri varmı?

Solyariumda qaralma orqanizmə günəş şüası kimi təxminən eyni təsir göstərir. Solyariumdan istifadə bir çox xəstəliklər vaxtı tövsiyə edilir (psoriaz, sümüklərdən kalsiumun yuyulması, depressiya, əzələ ağrıları, revmatizm və s.).

Hansı daha çox təhlükəsizdir: günəş altında və ya solyariumda qaralma?

Qeyd etmək lazımdır ki, həkimlərin və mütəxəssislərin tövsiyələrinə riayət etmədiyiniz zaman hər iki halda mənfi təsir ala bilərsiniz. Lakin bütovlükdə solyariumda qaralma daha təhlükəsizdir, çünki solyariumlar seansın müddətinə nəzarət edən taymerə malikdir ki, bu da gün vurmasının və yanıq riskini tamamilə aradan qaldırır. Lakin unutmayın ki, solyariumlardan istifadə zamanı dəri daha tez qocalır, həmçinin bu prosedurdan sonra bəzi qadınlarda menstruasiya dövrü pozulur, ən qorxunc nəticə isə dəri xərçəngi hesab edilir.

Solyariumda qaralma üçün kosmetikadan istifadə etmək lazımdırmı?

Belə kosmetikadan mütləq istifadə olunmalıdır. Onun tətbiqi vaxtı siz intensiv, gözəl və qalıcı qaralmanı əldə edəcəksiniz. Belə kosmetika dərinin müdafiəsi və ona qulluq xüsusiyyətlərinə malikdir.

Solyariuma baş çəkməzdən əvvəl dekorativ kosmetikadan istifadə etməyin, bütün bəzək və aksessuarları çıxarın. Kontakt linzalardan istifadə etməyin, xüsusi qoruyucu eynəklər taxın.

Yorum Gönder

0 Yorumlar