Yay üçün kosmetika
İsti dövrdə həm yeməklərdə, həm də özünə qulluq vasitələrində əsas tendensiya yüngüllük sayılır. İlk olaraq dərini həddən artıq yükləməmək üçün, bütün sıx teksturalı qidalı vasitələri yüngül vasitələr ilə əvəz edin ki, onlar dərini təravətləndirir, canlandırır və nəmləndirirlər. Çantanızda "saf suyun" mini-versiyasını gəzdirin, çünki istilik dərəcəsi artdıqda siz ondan dərinizin nəmləndirilməsi üçün istifadə edə biləcəksiniz. Bu zaman mayenin bir hissəsi bir anda hopur və "suvarma" zonasında qanın temperaturunu aşağı salır ki, bu da gün vurmadan qoruyur.
Belə suyu siz nəbzin sahələrinə vursanız daha yaxşıdır: boyun nayihəsi, dizlərin alt hissəsi və biləklərin arxa tərəfi.
Gündüz kremindən istifadədən əvvəl dərinizi losyonla silin. Çalışın bu zaman üzünüzü çox sürtməyəsiniz. Losyonu ovuclarınıza vurub əlinizi yanaqlarınıza, alınınıza, çənənizə və boyununuza qoyun. Bu üsul həqiqətən də uzun müddətli nəmləməni təmin edərək rütubətin yığıcısı kimi xidmət edir.
Yayda tonal kremin yerinə praymerlərdən, BB və CC kremlərdən istifadə edin. Praymer gündüz kreminin üstündən çəkilir, dərinin bütün əyriliklərini doldurur və dəriyə öz rəngini qaytarır. Praymerlərin tərkibinə həmçinin işığı əks etdirən hissəciklər daxildir ki, onlar dəriyə xüsusi şəfəq verərək işığı yayırlar. BB (Blemish Balm – qüsurları aradan qaldıran) və CC (Color Correcting – düzəliş edən rəng) kremlər – çoxfunksiyalı vasitələrdir ki, onların tərkibində nöqsanları maskalayan, dəri üçün hərtərəfli qulluq və üz rənginin nəcibləşdirilməsi üçün istifadə olunan aktiv komponentlərin qarışığı üçün ton əsası daxildir.
İsti günəşli gündə makiyaj həmçinin minimalizmin ümumi tendensiyasını əks etdirməlidir: yarımşəffaf parıltı dodaqlara həcm verəcək, tunclayan kirşanın yüngül parıltısı almacıq sümüklərdə parıldayacaq. Yay makiyajının həmişə "təzə" qalması, tuş və karandaşın gözlərin altına yayılmaması üçün suyadavamlı vasitələrdən istifadə edin.
Ultra bənövşəyi şüaların təsiri altında dəri azad radikalların hücumuna məruz qalır ki, bu da onun qocalmasına səbəb olur. Yayın istisində dərini oksidləşmə və "quraqlıqdan" A, E, C və PP vitaminləri qoruyacaq. Dərinin xeyiri üçün bu vitaminləri təkcə zahirdən deyil, daxildən də istifadə etmək məsləhətdir.
Səyahətlər üçün yay kosmetikası:
Gündəlik kosmetik vasitələrdən başqa, səyahət üçün istifadə olunan kosmetika da ayrı diqqətə layiqdir. Səyahətə yığışaraq özünüz ilə nəm və antibakterial salfetlərdən başqa, xüsusi kosmetik salfetlər götürün ki, onlar dərinin piyini və tərin artığını tez hopdursunlar. Uçuşdan əvvəl saçlara müalicəvi yağ vurub bütün gecəni saxlayın. Bu yolda saçların qurumasının qarşısını alacaq.
Uçuşdan sonra gözlərin yorğunluğunu çəkmək üçün ilıq kompres kömək edəcək. Bu zonada əzələlərin zəifləməsi və damarların genişlənməsi relaksiyaya imkan yaradır. Dərinin sürətli dirçəlişi üçün ona oksigenlə zəngin maska və zərdab çəkin.
Çimərliyə yola düşərək, dərinizi gündən qoruyucu preparatlarla emal edin, saçlarınıza kondisioner çəkin, qoruyucu spreydən istifadə edin.

0 Yorumlar