Geyimə uyğun bəzək seçimi

Əslində libasa uyğun bəzək seçmək əsl elmdir, çünki yanlış seçim bütün təəssüratı korlaya bilər və ya əksinə.
Bəzək seçimi zamanı rəhbər tutulacaq əsas meyar donun fasonu və onun təyinatıdır, yəni libası hara geyinməyə hazırlaşmağınızdır. Razılaşın ki, gecə libası və gündəlik don geyim üçün bəzəklər fərqli olur.

Ənənəvi gecə libasları bahalı bir rəng və bəzən parıltılı parçalardan tikilir. Təbii ki, hərdən rəng mövzusunda müxtəlif variasiyalar olur, amma bu daha çox istisnalardır. Beləliklə, gecə libası nə qədər təvazökar və təmkinlidirsə, ona o qədər böyük parlaq bəzəklər uyğun gələ bilər.

Bundan başqa, saç düzümündən də çox şey asılıdır. Açıq çiyinləri olan uzun gecə libası geyinib saçlarınızı yüksək saç düzümündə yığmısınızsa, bu zaman nəfis boyunbağı və uzun sap-sırğalar sizə mükəmməl uyğun gələcək. Amma əgər sizin saçlarınız açıq vəziyyətdə olacaqsa, bu zaman seçimizi iri sırğalarda saxlayın ki, onlar gözə çarpan olsunlar.

Kokteyl donuna uyğun aksessuarlar kimi praktiki olaraq istənilən bəzəklər mükəmməl uyğunlaşır. Məsələn, siz gözlərinizin rənginə uyğun qaşları olan sırğa və boyunbağı seçə bilərsiniz. Həmçinin qızıl və gümüş bəzəklər də uyğun gələcək. Bu gün futlyar-donlar çox dəbdədir. Onlara bəzək seçərkən iri tünd qaşları olan boyunbağı və iri qolbaqlara diqqət edin.

Yay donuna uyğun bəzəklər artıq ayrı mövzudur. Bu zaman siz daha sadə forması olan və ilk növbədə təbii materiallardan hazırlanmış bəzəklərə üstünlük verə bilərsiniz. Belə ki, yüngül rəngli sarafan üçün taxta və ya dəri qolbaqlar və boyunbağı uyğun gələ bilər.

Bu gün yay aksessuarları kimi plastik bəzəklər də çox aktualdır. Düzgün seçim vaxtı onlar həqiqətən yaradılan obrazı əla tamamlaya bilər. Ancaq bu halda bir qaydanı unutmayın ki, əgər sizin yay donunuz rəngbərəngdirsə, bu zaman belə bəzəklər bir rəngdə olmalıdır. Bir rəngli libas üçün isə əksinə, müxtəlif rəngli bəzəklər seçmək lazımdır.

İşgüzar don üçün bəzəklər klassik ciddi üslubda olmalıdır. Bu zaman bir elementin istifadəsi optimal sayılır. Ümumiyyətlə çox vaxt ən çoxu 3 bəzək elementindən istifadə münasibdir, əks təqdirdə siz yeni il ağacına oxşayacaqsınız.

Sizə donun fasonuna uyğun əsas estetik kombinasiyaları təqdim edirik:

  • V-formalı kəsiyi olan donu onun formasını təkrarlayan aksessuar ilə tamamlamaq olar.

  • Yuxarı hissəsi dar və qapalı olan donu uzun saplı muncuqlarla vurğulamaq olar.

  • O-formalı kəsiyi olan dona onun rənginə düşən yetərincə iri qaşları olan bəzəklər uyğun gələcək.


Libaslara uyğun bəzək seçərkən həmçinin onların rəng qammasınıda unutmamaq lazımdır. Sizə zərif və uğurlu rəng uyğunluqlarını təqdim edirik:

  • Göy rəngli dona gümüşü və ya boz rəngli bəzəklər, həmçinin belə qırmızı, qara, ağ kimi kontrast aksessuarlar mükəmməl uyğun gələcək.

  • Yaşıl geyimə qırmızı çalarlarda olan aksessuarlar uyğun gələcək.

  • Sarı dona – bənövşəyi və qara aksesuarlar uyğundur.

  • Qırmızı libaslarla isə daha çox qızıl bəzəklər və ya qara qaşları olan aksessuarlar ideal görünəcək.


[justified_image_grid facebook_id=122845817774316 facebook_album=729894460402779]

Yorum Gönder

0 Yorumlar