Həyatımızı günəşsiz təsəvvür etmək mümkün deyil. Göy cismi immun və əsəb sistemlərinin normal işi və sümüklərin və dişlərin bərkidilməsi üçün lazım olan D vitamininin ("günəş vitamini") yaranmasını aktivləşdirir. Günəş orqanizmin xəstəliklərə qarşı müqavimət qabiliyyətini artırır, virusların hücumlarına qarşı dayanmağa və məyusluğun öhdəsindən gəlməyə bizə kömək edir. Ancaq müəyyən şəraitdə günəş şüası dərinin zədələnməsinə (məsələn, vaxtından əvvəl qocalma və yanıqlar), hətta onkoloji xəstəliklərin inkişafına imkan yarada bilər (dəri xərçəngi).
Günəşdən yalnız müsbət reaksiya almaq üçün bir sıra sadə qaydalara riayət etmək lazımdır:
- Çalışın gəzintiləri səhər və axşam vaxtına planlaşdırasınız. Saat 11:00-a qədər və 16:00-dan sonra ultrabənövşəyi şüalardan gündüz olduğu kimi təcavüzkar olmur;
- Günəş eynəklərindən istifadə edin, çünki ultrabənövşəyi şüalar yalnız dəri üçün deyil, həm də gözün torlu qişası üçün təhlükəli ola bilər;
- İsti havada baş örtüklərindən istifadə edin. Zərif şlyapa və ya dəbli papaq sizin yay obrazınızı yeniləyəcək və sizi gün vurmadan xilas edəcək;
- Gəzinti zamanı (xüsusilə gündüz vaxtı) və çimərlikdə olarkən xüsusi gündən qoruyucu vasitələrdən istifadə edin. Əgər dəriniz və saçlarınız çox açıq rəngdədirsə, bu zaman sizə yüksək müdafiəedici vasitələr lazımdır.
Əgər siz qarabuğdayı dəri sahibisinizsə, bu zaman günəş şüasının daha az intensiv olan vaxtı qoruyucu vasitəni qaralma üçün yağ ilə əvəz edə bilərsiniz. O bir dəfəyə iki funksiya yerinə yetirir: dərini ultrabənövşəyi şüaların neqativ təsirindən qoruyur və dərinin günəş vannalarından sonra bərpasına imkan yaradır. Belə yağları üz dərisindən başqa bədənin bütün açıq sahələrinə çəkmək lazımdır. Üz dərisi üçün isə xüsusi vasitə lazımdır.
Lakin qaralma üçün yağlar çox yüksək müdafiəedici xüsusiyyətlərə malik deyil, buna görə əgər dəriniz açıq rəngdədirsə belə yağları müdafiə səviyyəsi 50+ olan xüsusi gündən qoruyucu vasitə ilə uyğunlaşdırmaq lazımdır.
Xoş istirahətlər arzusu ilə!

0 Yorumlar