"Yay" çərəzi
Zərif, qidalı və gözəl muss səhər yeməyi üçün əladır.
Desertin hazırlanması üçün sizə lazım olacaq:
- 250-300 q təzə çiyələk,
- 50 ml yağlı qaymaq,
- 2-3 ç.q. xama,
- plombir dondurması,
- şəkər tozu.
Hazırlıq prosesi:
Bütün inqrediyentləri blenderə yerləşdirib qarışdırmaq lazımdır.
Yoqurtlu və ballı çiyələk kokteyli
Kokteylin hazırlanması üçün sizə lazım olacaq:
- 300 q çiyələk,
- 2 stəkan yoqurt və ya kefir,
- 2 x.q. bal,
- dondurma.
Hazırlıq prosesi:
Çiyələyi yumaq, qurutmaq və bəndəmləri uzaqlaşdırmaq lazımdır. Bütün inqrediyentləri blenderdə köpük yaranana qədər çalmaq, hazır kokteyli hündür stəkanlara tökmək və çiyələklər ilə bəzəmək lazımdır.
Moruq, süd və qaymaqdan hazırlanmış içki.
İçkinin hazırlanması üçün sizə lazım olacaq:
- 1 stəkan pasterizə edilmiş süd,
- 1 stəkan qaymaq,
- 3 x.q. şəkər,
- 2 stəkan moruq.
Hazırlıq prosesi:
Soyuq südü qaymaq, təmizlənmiş moruq və şəkər ilə qarışdırıb, yaxşıca çalmaq lazımdır.
Moruqdan və ya çiyələkdən hazırlanmış içki
İçkinin hazırlanması üçün sizə lazım olacaq:
- 600 q moruq,
- şəkər,
- 0.5 l süd,
- 1 l su.
Hazırlıq prosesi:
Moruğu və ya çiyələyi bəndəmlərdən təmizləyin, sonra bir qabda əzin. Giləmeyvələrin üzərinə su töküb yaxşıca qarışdırmaq lazımdır. Alınmış qarışığın suyunu süzmək, şirəsinin üzərinə süd və zövqə görə şəkər əlavə etmək lazımdır. İçkini soyuq halda istifadə edin.
"Soyuq bal" içkisi.
- İçkinin hazırlanması üçün sizə lazım olacaq:
- 2 ədəd yumurta,
- 100 q bal,
- 0.5 l tünd isti çay,
- 1 stəkan şəkər,
- 2 ədəd limon.
Hazırlıq prosesi:
Yumurta sarılarını bal ilə çalmaq, üzərinə çay, sonra limon şirəsi töküb odun üzərində qarışdırmaq lazımdır. İçki soyuduqdan sonra onu yüksək qədəhlərə süzərək soyutmaq lazımdır.
Çərəzi süfrəyə təqdim edərkən şəkər və limon şirəsi ilə bərk köpük halına qədər çalınmış yumurta ağı ilə bəzəyin.
"Yay" kokteyli
Kokteylin hazırlanması üçün sizə lazım olacaq:
- Qaymaqlı dondurma – 150 q,
- Süd – 2 stəkan,
- Ərik – 2 ədəd,
- Şaftalı – 1 ədəd,
- Gavalı – 2 ədəd,
- Şokolad.
Hazırlıq prosesi:
Şaftalı, gavalı və ərikləri yarı kəsmək, tumlarını ayırmaq, sonra qabıqlarını soymaq lazımdır. Meyvələri blenderdə püre halına qədər xırdalayın, sonra üzərinə süd və kublara kəsilmiş dondurma əlavə edib çalın. Kokteyli soyudub qədəhlərə süzmək və zövqə görə şokolad qırıntıları ilə bəzəmək lazımdır.

0 Yorumlar