Sağlam yuxunun qaydaları

Yuxunun pozulması bütün orqanizmin işinə pis təsir edir və sürətli qocalmadan tutmuş ürək xəstəliklərinə qədər müxtəlif problemlərin səbəbi olur. Biz sizə yuxunuzu qaydaya salmaq və öz gündəlik həyatınıza bir az enerji əlavə etməyə kömək edəcək bir neçə məsləhət təqdim edirik.

  • Yatmazdan əvvəl yemək yeməyin. Yatmazdan əvvəl qida qəbul etdiyiniz zaman sizin orqanizminiz dincəlmir və siz yatarkən orqanizm qəbul edilmiş qidanın həzmi ilə məşğul olur. Nəticədə qanda insulinin səviyyəsi artır və hüceyrələri enerji ilə təmin edən və artmaya səbəb olan hormonların axını azalır. Çalışın yatmazdan ən azı 3 saat əvvəl qida qəbul etməyəsiniz.

  • Çox işıqlı otaqda yatmayın. Hətta az işıq belə melatoninin və artmaya səbəb olan hormonun səviyyəsini aşağı salır ki, nəticədə siz sağlam yuxuya nail ola bilmirsiniz. Orqanizmdə stress hormonu kortizolun səviyyəsi isə yüksək olaraq qalır.

  • Müxtəlif növ elektrik cihazları və rəqəmli zəngli saatları da unutmayın və onları özünüzdən ən azı iki metr uzaqda saxlayın.

  • Həddən artıq çox maye qəbul etməyin. Yatmazdan iki saat əvvəl su içməyin ki, gecə ayaq yoluna az qalxasınız. Siz gecə nə qədər çox oyansanız, səhər bir o qədər yornuq olacaqsınız və nəticədə doyunca yata bilməyəcəksiniz.

  • İdmanla məşğul olmayın. Yatmazdan 3 saat əvvəl kardioyükləmələrdən çəkinin, çünki onlar bədənin temperaturunu yüksəldir və melatoninin artmasına imkan vermir. Həmçinin bu sizin yuxuya getməyinizə də mane olacaq.

  • Yuxudan əvvəl kompüterdən istifadə etməyin, televizora baxmayın. Yatmazdan 1-2 saat əvvəl çalışın bütün müasir elektrik cihazları söndürəsiniz. Bu yuxunun keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

  • Yataq otağını qızdırmayın. Yataq otağı nə qədər sərin olarsa bir o qədər yaxşıdır. İsti hava bədənin soyumasına mane olur. Mükəmməl otaq temperaturu +18 dərəcə hesab edilir.

  • Dar geyimlərdə yatmayın. Ümumiyyətlə geyimsiz yatın və ya geniş pijamalardan istifadə edin. Çalışın ağır yorğanlardan istifadə etməyəsiniz, çünki onlar da bədən temperaturunu artırır.

  • Pərdələri bağlamayın. Bunu səhər daha gümrah oyanmaq üçün etmək lazımdır. Əks halda siz bütün gün yuxulu və yorğun görünəcəksiniz.

  • Yuxunuza normal vaxt ayırın. Bir çoxları 7.5 saatı sağlam yuxu üçün mükəmməl vaxt hesab edirlər.

  • Çox gec yatmayın. Əks halda sizdə hormonal disbalans yaranacaq. Nəticədə isə siz çox qida qəbul etməyə başlayacaqsınız. Yatmaq üçün ideal vaxt 22:00-23:00 hesab edilir.

Yorum Gönder

0 Yorumlar