Antioksidantlar bizin orqanizmimizin bütün hüceyrələrini qocalmadan qoruyur, amma onların təsiri daha çox dərimizdə bilinir. Belə ki, xırda qırışlar yox olur, daha dərin qırışlar isə bir az da olsa yumşalır. Antioksidantlarsız bizim orqanizm sürətlə solmağa məhkumdur və nəticədə dəridə vaxtından xeyli əvvəl qırışlar əmələ gəlməyə başlayacaq.
Bir çox araşdırmalar göstərdi ki, düzgün pəhriz zamanı qocalma prosesini bir az da olsa dayandırmaq və qırışların əmələ gəlməsini saxlamaq olar. Qırışlara qarşı pəhriz ən sadə məhsullardan ibarətdir və böyük xərc tələb etmir.
Qırışları hamarlayan məhsullar:
- Giləmeyvələr. Qaragilə, böyürtkən, çiyələk və moruq flavonoidlərin mənbəyidir. Bu güclü antioksidantlar dərini azad radikalların hücumlarından və qocalmadan qorumağa kömək edir.
- Avokado. Avokado qırışlara qarşı ən yaxşı müdafiədir. Avokado E vitamini ilə zəngindir ki, o dərinin möhkəm olmasını və nəm qalmasını təmin edir. Bundan başqa, avokadonun istifadəsi həm də orqanizmdən zəhərli maddələri çıxarmağa kömək edir.
- Brokkoli. Brokkoli də antioksidantlarla zəngindir. Özü də ki, brokkolinin tumları kələmin özündən 30 dəfə daha çox antioksidantlarla zəngindir.
- Xaççiçəklilər fəsiləsindən olan tərəvəz. Gül kələmi, turp kimi xaççiçəklilər fəsiləsindən olan tərəvəzlər sellülozanın, vitaminlərin və antioksidantların gözəl mənbəyidir. Onlar qırışlar və xərçəng ilə mübarizədə kömək edir. Bu tərəvəzlər C vitamini İlə zəngindir ki, bu dəridə elastinin və kollagenin yaranmasına kömək edir.
- Lobya. Qara lobyanın tərkibində də xeyli miqdarda antioksidantlar var. Onlar nevroloji pozğunluqlar və dərinin qocalmasi ilə mübarizə aparır.
- Sarımsaq. Bütövlükdə orqanizm üçün çox faydalıdır. Sarımsaq orqanizmdən ağır metalların çıxarılmasına və dərinin təmizlənməsinə kömək edir.
- Qoz fındıq. Tərkibində minerallar, yağlar və antioksidantlar var. Onlar üzdə olan qırışları demək olar ki, yox edə bilir, bundan başqa immun sistemini də gücləndirir.
- Yaşıl çay. Yaşıl çay - qırışlara qarşı ən yaxşı vasitədir. Bunun üçün gün ərzində bir neçə fincan yaşıl çay içmək kifayətdir.
- Meyvəköklülər. Kartof, kök kimi tərəvəzlər beta-karotinlə zəngindir. Beta-karotin isə çox güclü antioksidantdır. O dəri və gözlər üçün çox faydalıdır.
- Pomidor. Pomidorların tərkibində qırışlar və azad radikallarla mübarizədə çox güclü silah olan likopen var.
- Su. Qırışlara qarşı pəhriz üçün ən vacib komponentlərdən biridir. Gün ərzində ən azı iki litr su içmək lazımdır.
- Şərab. Qırmızı şərab antioksidantların ən zəngin mənbəyidir. Şərab ürək, damarlar və dəri üçün faydalıdır.
Bu məhsulların istifadəsindən başqa siz öz qida rasionunuzdan həmçinin şəkərin və doymamış yağların istehlakını dayandırmalısınız. Bu qırışların əmələ gəlməsini xeyli saxlayacaq və sizə kosmetik vasitələrin köməyi olmadan çox gənc və cazibədar qalmağa imkan verəcək.

0 Yorumlar