"Qreypfrut" adı ingilis dilindən tərcümədə üzüm meyvəsi sayılır, hərçənd bu meyvənin üzümlə heç bir əlaqəsi yoxdur. O ağacda üzüm kimi budaqda 3-15 ədəd bitdiyinə görə belə adlandırılıb. Mədəni bitki və botanika növü kimi qreypfrut, yüz il əvvəl məlum olub. Sitrusların arasında, qreypfrut ən çox istiliksevən bitkidir. Bitkinin uzunluğu 12 metrə qədər, meyvənin çəkisi isə 0,5 kq-a qədər çatır. Meyvəyə acıtəhər dadı onun zəngin olduğu sellüloz və qlükozidlər verir.
Qadınların artıq kilolardan qurtulmaq üçün arıqlama zamanı tətbiq etdikləri ilk vasitə - pəhrizdir. Artıq kilolar ilə mübarizədə qreypfut ən yaxşı köməkçilərdən biri hesab edilir. Meyvə naringin maddəsi ilə zəngindir ki, o da bilavasitə onun qabığının altında və dilimlərin nazik pərdələrində olur. Bu sitrus meyvəsi həzmi yaxşılaşdırır, qaraciyərin fəaliyyətini aktivləşdirir və piylərdən qurtulmağa kömək edir. Hesab edilir ki, qreypfrutun müntəzəm istifadəsi zamanı piylər təbii üsul ilə yox olacaqlar.
Qırmızı qreypfrutların şirəsinin tərkibində qanda E vitamininin və azotun səviyyəsini normada saxlayan flavonoidlər olduğu üçün o ürək-damar sisteminə yaxşı təsir edir. Bundan başqa flavonoidlər qan hüceyrələrinə zərər verən oksidantların və oksigenin aktiv molekullarının sintezini azaldır.
Qreypfrutun tərkibində olan pektin xolesterinin səviyyəsi effektiv aşağı salır.
Bu sitrusun meyvələri, həmçinin təzə çəkilmiş şirəsi immuniteti bərkidir, avitaminozdan qoruyur və orqanizmə canlandırıcı təsir göstərir. Onlar keçirilmiş ağır xəstəliklərdən sonra sağalma dövründə çox faydalıdır. Hesab edilir ki, qreypfrut yorğunluğu çəkir, əqli və fiziki yorulmadan sonra güc və gümrahlıq verir.
Qreypfrutun efir yağı laqeydliyin öhdəsindən gəlməyə kömək edir, yaddaşı və diqqəti kəskinləşdirir.
Sitrus meyvəsi və onun tumları zərərli bakteriyalardan yaxşı müdafiə edir. Alimlər aydınlaşdırıblar ki, qreypfrutun tumları təxminən 800 növ bakteriyalara qarşı güclü antibakterial təsirə malikdir. Meyvənin qabığını, meyvə ətini və şirəsini zəhərlənmə vaxtı tətbiq edirlər.
Hesab edilir ki, səhərlər 2 ç.q. zeytun yağı qəbul edib, sonra üstündən 100 ml qreypfrut şirəsi içmək - öd yollarında daşların çıxardılmasına səbəb olur. Axşam yatarkən yarım stəkan qreypfrut şirəsindən içsəniz yuxusuzluqdan qurtulacaqsınız.

0 Yorumlar