Marinada qoyulmuş gavalı və göyəm

Lazım olan ərzaqlar:

  • 1-litrlik bankaya: 4 stəkan gavalı

  • 2 xörək qaşığı sirkə

  • 2xörək qaşığı şəkər

  • 8 dənə ətirli istiot

  • 5 dənə mixək

  • bir az darçın.


Hazırlanma qaydası:

Bunun üçün bərk, iri gavalı götürülür, saplağı kəsilir, souyuq suda yuyulur və sıx- sıx təmiz, buxara verilmiş bankalara yığılır. Bundan sonra bankaları silkələmək lazımdır ki, onlar daha sıx yerləşsin. Sonra üstünə marinad tökülür və 10 dəq. qaynar suda vam od üzərində sterilizə edilir. Sonra banklar çıxarılır və isti ikən qapaqla bağlanır.

Həmin bu reseptlə göyəm də marinada qoyulur.
Bilməyiniz vacibdir. Marinad məhlulu hazırlamaq üçün şəkər, duz, sirkə işlədilir. Marinad hazırlayərkən suda əvvəlcə şəkər və duz (reseptə göstərilən qədər) qızdırılır, yaxşı-yaxşı qarışdırılır və əridilir. Şəkər və duz tam əriyəndən sonra məhlul 5-10 dəq. də qaynadılır və ikiqat tənzifdən, yaxud bez parçadan süzülür. Bu cür hazırlanan marinad ətirli olur və uzun müddət qalır.

Yorum Gönder

0 Yorumlar