İdman məşqləri kaloriləri yandırır və əzələləri formalaşdırır ki, bu da sizin maddələr mübadilənizi (metabolizmi) yaxşılaşdırır və nəticədə daha böyük miqdarda kalori və çəkinin itməsini stimullaşdırır.
- Yerimə. Yerimə – çəki atmaq üçün mükəmməl məşğuliyyətdir. Bu sadə tapşırıq əhəmiyyətli gərginlik tələb etmir, dizləri yükləmir və başqa xoşagəlməz hisslərə səbəb olmur. Yerimə sağlamlığın yaxşılaşmasına imkan yaradır, həmçinin insanın əqli və psixi vəziyyətini yaxşılaşdırır. Sizin çəkinizdən asılı olaraq, saatda 6.5 kilometr tempində yerimə vaxtı siz hər dəqiqə 5-8 kalori atmış olacaqsınız.
- Çəki daşı (idman daşı). Çəki daşları qulpla təchiz edilmiş çuqun kürələrdir. Çəki daşından istifadə vaxtı siz həm öz gücünüzü artırırsınız, həm də şəxsi balansın və koordinasiyanın sabitləşməsinin üzərində işləyirsiniz. Çəki daşlarının qaldırılması gərgin məşqlər sayılır ki, nəticədə siz 20 dəqiqə ərzində 400 kaloriyə qədər yandıra bilirsiniz.
- Üzgüçülük. İntensiv üzgüçülük vaxtı saata 400-700 kalori yandırmaq olar. Üzgüçülüyün bütün növləri çəki atmanın effektiv üsulu sayılır. Bu məşğuliyyət sizdən xüsusi səy tələb etmir, sizin əzələlərinizi bərkidir, onların tonusunu və bütün bədənin kondisiyalarını yaxşılaşdırır. Üzgüçülük artrit, piylənmə problemlər ilə mübarizə aparan və hamiləliyin son rübündə olan qadınlar üçün mükəmməl yarayır.
- Velosiped ilə gəzinti. Velosiped idmanı arıqlamaya səbəb olan daha bir orta intensivli yüklənmə növüdür. Velo gəzinti zamanı sizin bədən çəkinizdən, sürətinizdən və veloseiped ilə getdiyiniz landşaftdan asılı olaraq saata 372-1,100 kalori yandırmaq olar. Qaçışdan fərqli olaraq, velo gəzinti oynaqları yükləmir.
- Qaçış. Qaçış saata təxminən 600 kalori yandırır, sümükləri və birləşdirici toxumaları bərkitməyə kömək edir və ürəyin daha intensiv işləməsinə səbəb olur.
- Tennis. Bir saat tennis oyunu 600-ə qədər kalori yandıra bilər. Bu idman növü aktiv həyat sürmək üçün mükəmməldir. Öz təbiətinə görə tennis sizin bədəniniz üçün məşqdir ki, onun elastikliyini, balansını və qamətini yaxşılaşdırır, həmçinin stressin səviyyəsini azaldır. Tennis kimi oyunlar beyinin işinin funksiyalarına, yaddaşın və qabiliyyətin yaxşılaşmasına təsir edir.

0 Yorumlar