Portağal və naringi
Siz bu narıncı sitrusları çox xoşlayırsınız amma onları təmizləyərkən əliniz yapışqan olur? Sizə bu C vitamini ilə zəngin meyvələrin düzgün istifadəsini təqdim edirik: bunun üçün sadəcə meyvənin alt və üst hissəsini kəsmək və qabığını çıxartmaq lazımdır.
Çuğundur
Bilirsinizmi ki, çuğunduru kök kimi çiy vəziyyətdə də yemək mümkündür? Bu iştahalı tərəvəz çiy, qaynanmış və ya pörtlədilmiş vəziyyətdə öz dad xüsusiyyətlərini itirmir, əksinə gözəl tam əldə edir.
Çuğunduru təmizləyin, nazik dilimlərə kəsin, duzlayın və öz dad reseptorlarınızı orijinal hisslərlə tanış edin.
Nar
Nar təmizləyərkən bir səhv hərəkət nəticəsində onun şirəsini sıçradıb paltarınızı ləkələyə bilərsiniz. Daha pis isə divar kağızlarını və ya mebeli ləkələməkdir ki, bu ləkələri heç cür təmizləmək olmur.
Narı təmizləyərkən sadəcə onun üst və alt hissəsini kəsin və meyvəni ayrı-ayrı tikələrə ayırın.
Kivi
Siz kivini hələ də təmizləyirsiniz? Ağıllı insanlar əlləri batırmadan bu meyvədən dadmaq üsulunu fikirləşiblər. Bunun üçün sadəcə meyvəni yarı kəsin və meyvə ətini çay qaşığı ilə yeyin.
Avokado
Bilirsinizmi ki, avokadonun yarısında cəmi 160 kalori var? Avokadonu da yemək üçün sadəcə meyvəni yarı kəsmək və meyvə ətini çay qaşığı ilə yemək lazımdır.

0 Yorumlar