Xəstəliyə bənzər sevgi
Öz "Sevgi və aşiqlik" kitabında amerikalı psixoloq Doroti Tennov ehtiraslı romantik sevgini bizim əcdadlarımızın yalnız uşaq dünyaya gətirmə qabiliyyətini deyil həm də hansısa bir müddət uşaqlara tərbiyə verməsini təmin edən kor bioloji mexanizm kimi təsvir edib. Tennov aşiqliyi əsl sevgi hesab etmir və onun növbəti simptomlara malik olan xəstəlik vəziyyəti kimi təsvir edir:
- Sevgi obyekti haqqında daimi fikirlər.
- Obyektin qarşılıqlı hisslərinə kəskin ehtiyac.
- Qarşılıqlılıq halında eyforiya hissi.
- Sevgi obyektində konsentrasiyanın səviyyəsi bu dərəcədə di ki, insan əhəmiyyətli vəziyyətlərə məhəl qoymaya və vacib problemləri həll etməyə bilər.
- Çox vaxt sayıqlamayla həmsərhəd olan sevgi obyektinin təhrif edilmiş nümunəsi. Bu halda obyektin müsbət keyfiyyətləri şişirdilir, amma neqativ cəhətlərə isə ya məhəl qoyulmur.
- Aşiqliyin obyektinə güclü seksual meyl.
Tennov vurğulayırdı ki, hərçənd ki aşiqlik və sadə sekslə məşğul olmaq arzusu eyni şey deyil, lakin seksual meyllilik onun əsasında olduğu üçün, onsuz aşiqlik olmaz. Onun fikirincə, "sevgi xəstəliyindən" sağalmaq praktiki olaraq mümkün deyil. Aşiqliyə qarşı yalnız iki mümkün dərman var.
- Birincisi — sevgi obyekti ilə istənilən əlaqəni kəsmək. Bu üsul çox ağrılıdır və demək olar ki, mütləq depressiyaya gətirib çıxaracaq, ancaq normal insanda bu halda aşiqlik sönəcək.
- Digər üsul — münasibətlərə başlamaq. "Acılı" aşiqliyin xüsusiyyəti ondadır ki, o adətən 1-4 ildən sonra yoxa çıxır. Təsadüfi deyil ki, insanlar əksər hallarda dörd ildən sonra ayrılırlar.
Ancaq Tennov cütlüklər üçün proqnozları mütləq şəkildə pessimistik hesab etmir. Aşiqlikdən başqa o həmçinin əsl sevgini qeyd edirdi, hansı ki, uzun müddət birlikdə qalan xoşbəxt monoqam cütlüklərin nadir nümunələrinə məxsusdur.
Kimyəvi sevgi
Böyük miqdarda elmi iş fizioloji nöqteyi-nəzərdən romantik sevginin öyrənilməsinə həsr olunub — alimləri hansı biokimyəvi proseslərin romantik hislərin yaranmasına imkan yaratdığı maraqlandırırdı. Onlar bəzi hormonları və başqa maddələri məhz sevgiylə əlaqələndirirlər:
- Feniletilamin — az miqdarda beyində istehsal edilən maddədir. Məhz o bir çox şeydə "ağılsız" sevgidə məsuliyyət daşıyır. Təsirinə görə daha çox stimulyatorlar sinifindən olan narkotikə bənzəyir, buna görə aşiqlik zamanı eyforiya və seksual arzunu hiss etməyə məcbur edir. Təəssüf ki, feniletilaminin təsiri müvəqqətidir, insan ona alışır və sevgi predmeti artıq həmin "kimyəvi reaksiyaya" səbəb olmur.
- Oksitosin. Bu hormon, beyində istehsal edilir və həm kişi həm qadın cinsiyyət orqanlarına təsir edir, həmçinin süd verən analara südün ayrılmasına imkan yaradır. Bundan başqa bu hormon toxunmalarda da həssaslıq yaradır. Məhz o bizdə "qucaqlaşmaq" arzusunu yaradır, həmçinin streslərə qarşı durmağa kömək edir. Qanda onun səviyyəsi yaxın insanlarla ünsiyyət vaxtı artır. Oksitosin feniletilaminin təsiri bitdiyi zaman bizi insana bağlamağa və münasibətləri saxlamağa kömək edir.
Maraqlısı da ondadır ki, insan özünə nə qədər yaxşı yanaşarsa, bu iki maddənin balansı bu zaman daha yaxşı olur və bu da uğurlu partnyor seçiminə səbəb olur.
Üçbucaq sevgi
Psixoloq Zik Rubin romantik sevgini üç elementin yığımı kimi öyrənməyi təklif etdi:
- Bağlılıq — qayğıya, razılığa və başqa insanla fiziki əlaqəyə ehtiyacdır.
- Qayğı hissi bizi başqa insanın maraqlarını birinci yerə qoymağa, onun üçün narahat olmağa, kömək etməyə və təsəlli verməyə çalışmağa məcbur edir.
- Yaxınlıq iki insanı birləşdirən ümumi fikirləri, arzuları və hisləri bildirir. Nə qədər çox yaxınlıq olarsa, insanların arasında o qədər daha çox etibar, ideyalar və emosiyalarla bölüşmək arzusu olacaq.
Palitra kimi sevgi
"Sevginin rəngi" adlı kitabında psixoloq Con Alan Li romantik sevginin növlərini araşdırıb. O sevgini rəng dairəsi ilə müqayisə edir. Onda üç əsas rəng olduğu üçün, Li hesab edirdi ki, sevginin də üç əsas stili var:
- "Eros" — mükəmməl insana olan sevgidir.
- "Ludos" — oyun kimi sevgidir.
- "Storqe" - dostluq kimi sevgidir.
Li hesab edirdi ki, bu üç palitranı kombinasiya etmək və əlavə rənglər yaratmaq olar ki, nəticədə doqquz növ sevgi alınacaq.
Dostluq kimi sevgi
"Sevgi psixologiyasının" klassiklərindən biri Eleyn Xatfld kolleqaları ilə birgə iki tip sevgi növünü ayırdı: ehtiraslı və rəhmli sevgi.
Ehtiraslı sevgi güclü və idarə olunmayan emosiyalara bağlıdır. O bizim tərbiyəmizdən və təsadüfi şəraitdən asılıdır — vəziyyət və ya insanın hansısa bir şəxsi xarakteristikaları bizə işarə verir ki, bu "romantikdir" və beyin aşiq olmağa siqnal alır.
Rəhmli sevgi keyfiyyətcə başqadır, idealda ehtiraslı sevgi rəhmliyə keçməlidir. Belə sevgi ümumi dəyərlərə əsaslandırılmışdır və onu sevgi-dostluq adlandırmaq olar. Bu zaman insanlar sadəcə ünsiyyət saxlamağa, birlikdə vaxt keçirməyə üstünlük verirlər.
Mükəmməl sevgi, ehtiraslı və sabit sevgi-dostluğu birləşdirə bilərdi, amma Xatfildin fikrincə bu çox nadir haldır. Bu səbəbdən ehtirasın itməsini hamıdan yaxşı ümumi mədəni-əxlaqlı dəyərləri və ümumi baxışları olan cütlüklər yaşayır.

0 Yorumlar