Vaxtından asılı olmayaraq, əgər biz nə vaxtsa öz sevgimizi itirmişiksə, bu zaman biz onu çətin ki, unudacağıq. Nəticədə çoxlarımız qəsdən və ya bilmədən ciddi münasibətlərdən çəkinirik. Biz hesab edirik ki, bu acıdan qorunmağın əsl üsuludur. Biz başqa insanla yaxınlıq istəsəkdə, ondan qaçırıq. Bu qorxu nəyə əsaslanır? Bizə sevgimizi tapmağa nə mane olur? Bunun bir neçə səbəbi ola bilər.
- Əsl hisslər bizi zəif edəcək.
Başqa insan – naməlum planetdir. Yeni münasibətlərə daxil olaraq, biz naməlum ilə bir yola başlayırıq, insana isə yeniliklərdən qorxmaq hissi məxsusdur. Özünə sevməyə icazə vermək, həqiqətən də risk etməyi bildirir. Biz sevdiyimiz insana etibar edirik, ondan emosional asılılıq yaranır və bu da bizi zəif edir ki, biz bir müddət adət edilmiş özünü müdafiə sistemlərdən imtina edirik.
- Yeni sevgi köhnə yaralara toxunacaq.
Biz keçmişimizin bizə nə qədər güclü təsir göstərməsini çox nadir hallarda sonuna kimi dərk edirik. Yeni insanla görüş köhnə yaraları işıqlandırır. Bizim tərəfimizdən uşaqlıqdan başlayaraq bütün həyatımız boyunca yaşanmış ağrılı vəziyyətlər bizim dünyagörüşümüzün formalaşmasına əhəmiyyətli təsir göstərir və bir çox şeydə əks cins ilə münasibətlərdə davranış modelinə səbəb olur. Əvvəlki mənfi təcrübə daxili bloka səbəb ola bilər ki, məhz o bizi yeni addımlardan saxlamağa başlayacaq. Biz yaxınlıqdan çəkinəcəyik, çünki yaddaşımız əvvəlki yaxınlıq təcrübəsini, acını, rədd etməni, itkini və qəzəbi unutmağa imkan verməyəcək.
- Sevgi özümüz haqqında əvvəlki təsəvvürlərimizi şübhə altına qoyacaq.
Zamanla neqativ təcrübə haqqında xatirələr hamarlanır, amma bu bizim "mənliyimizin" bir hissəsi olur. Böyüyərək, biz daxili tənqidçimizin onun dağıdıcı məntiqini özümüzünki kimi qəbul edərək ona tabe oluruq. Daxili səsin kritik qeydləri çox vaxt zərər və xoşagəlməzdir, amma vaxt keçdikdcə insan onlara alışır. Birdən bizə kimsə sevgi və diqqətlə baxmağa başlayarsa, biz özümüzü itirik, narahat oluruq və özümüz haqqında sabitləşmiş fikiri dağıtmamaq üçün müdafiə edilməyə başlayırıq.
- Əsl sevinc acıdan ayrılmazdır.
Əgər biz nə vaxtsa xoşbəxtlik anını hiss edib, əsl sevinc yaşamışıqsa, həzz almışıqsa, sözsüz ki, bizə əks hisslər də tanışdır, məsələn, qəfildən qəm axını. Çoxları bizi xoşbəxt edən güclü hisslərdən və hadisələrdən çəkinirlər, çünki onlar bizim üçün ağrı mənbəyi ola bilərlər və ya əksinə.
- Sevgi, bir qayda olaraq, bərabərlik bilmir.
Çoxları yeni partnyorla ahəngdar münasibətlərin imkanından şübhələnir. Həyəcanın mahiyyəti partnyorun parlaq sevgisini nəzərə alaraq şəxsi hisslərin tam ölçüdə görünə bilməyəcəyi qorxusundan ibarətdir. Lakin sevgiyə güzgü simmetriyası məxsus deyil. Müxtəlif vaxtlarda onu hər kəs müxtəlif intensivlikdə hiss edir. Sevdiyin insana qarşı sevgi hissindən qıcıqlanmaya, qəzəb və hətta nifrətə – bir addım var. Lazımsız həyəcan bizi həqiqətən də xoşbəxt edə biləcək münasibətlər qurmağa mane ola bilər.
- Yeni sevgi ailədən (valideynlərdən) uzaqlaşdıracaq.
Sevgi, yeni münasibətlər yetkinliyin son mərhələsi ola bilər. Onlar sərbəst həyatın başlanğıcını qeyd edirlər ki, bu da həmçinin şəxsi ailədən uzaqlaşdırılmanın başlanğıcı ola bilər. İnsan özünü böyük hiss etməyə başlayır, öz hərəkətləri üçün məsuliyyəti öz üzərinə alır və daha çox ailədən uzaqlaşır.
- Sevgi ekzistensional fobiyalar doğurur.
İnsan bizə nə qədər əziz olarsa, onu itirmək qorxusu o qədər daha güclü olacaq. Aşiq olaraq, biz yalnız sevdiyimiz insanı itirmək qorxusu ilə üzləşmirik, biz həm də daha çox ölüm haqqında fikirləşməyə başlayırıq. Qorxu hissini azaltmaq cəhdi zamanı biz özümüz süni problemlər yaradırıq – sevdiyimiz insan ilə qalmaqal salırıq və ən son anda münasibətlərə son qoyuruq. Biz hətta münasibətlərin bitməsi üçün özümüzü milyonlarla səbəblərə inandıra bilərik, lakin onlar əksər hallarda həll olunan səbəblərdir. Bizim davranışımızı formalaşdıran, özümüzü və şəxsi qorxularımızı dərk etmək bacarığı - ahəngdar və uzun müddətli münasibətlərə gedən yolda əhəmiyyətli addımdır. Özümüzü tanıyaraq, biz özümüzə əsl sevgini tapmağa və onu saxlamağa şans veririk.
0 Yorumlar