İnqrediyentlər:
- Un - 100 qr.
- Qarğıdalı unu - 100 qr.
- Şəkər – 3 x.q.
- Qırmızı istiot - 1 x.q.
- Soda - 1,5 ç.q.
- Qabartma tozu- 1 ç.q.
- Duz - 0,5 ç.l.
- Yumurta - 1 ədəd.
- Süd - 2 x.q.
- Sosiska - 6 ədəd.
- qızartmağ üçün yağ - 300 ml.
Hazırlanma qaydası:
- Əvvəl quru inqrediyentləri qarışdırmaq lazımdır. Qarğıdalı unu mütləq olmalıdır.
- Quru inqrediyentləri yaxşıca qarışdırıb, yumurtanı əlavə edirsiniz və südü tədricən tökürsünüz. Xəmir çox qatı olmalıdır, qatılığı südlə və ya unla nizama salın.
- Sosiskaları çöplərə düzürsünüz. Əvvəlcə onları yaxşıca unlamaq lazımdır ki, xəmiri özündə saxlasınlar. Bu çox əhəmiyyətlidir.
- Xəmir maksimal dar və hündür qaba tökmək lazımdır. Kokteyl stəkanları və ya hansısa bir kiçik vazalardan istifadə edə bilərsiniz. Bu bizə sosiskaları asan sala bilək üçün lazımdır. Yağı (təxminən 2 santimetr) tavaya tökürsünüz və yaxşıca qızdırırsınız. Sonra sosiskanı xəmirə tamamilə salırsınız və çöpü bir az buraraq ehmalca çıxardırsınız.
- İndi yağda sosiskaları qızardırsınız. Xəmirin hamar alınması üçün, sosiskanı yağda daim çevirmək lazımdır, xüsusilə birinci dəqiqələrdə. Gördünüz ki, xəmir özünü bir az tutdu — dərhal çevirirsiniz.
- Duru xəmir qızılı rəng alacaq. Onu çox saxlamayın, həm də çox tez götürməyin ki, xəmir içəridə çiy qalmasın. Bütün yağlı yeməklər kimi — hazır Korn doqları kağız dəsmallarda qurutmaq lazımdır.
- Ketçup, xardalla və ya müxtəlif souslarla servis etmək olar.
Nuş olsun!

0 Yorumlar