İlk öncə məhz sizə uyğun olan məhsulu seçmək lazımdır. Əgər imkan varsa, bu zaman düz mağazada avtozaqar vasitəsindən bir az biləyinizə vurun ki, onun allergik reaksiya verməsini və dərinizə uyğun rəngdə olmasını müəyyən edəsiniz. Effekt 2-3 saat ərzində bilinəcək. Avtozaqar üçün vasitələr, bir qayda olaraq, baha olduqlarına görə ən yaxşısı seçiminizdə səhv etməmək üçün bunu almamışdan bir gün əvvəl etmək lazımdır.
Uyğun vasitə seçdikdən sonra dərini onun istifadəsinə hazırlamaq lazımdır. Prosedurdan bir gün əvvəl bədəninizin tüklü sahələrini (ayaqlarınızı, əllərinizi) təmizləyin, əks halda bu vasitə tüklərin ətrafında yığılacaq və nəticədə sizin dərinizdə ləkələr yaranacaq.
Avtozaqardan istifadə etməmişdən əvvəl, ölü hüceyrələrin təmizlənməsi üçün xüsusi gel, skrab və ya xüsusi liflərdən istifadə edin ki, dərinizdə tünd və ya açıq rəngli ləkələr yaranmasın.
Duş aldıqdan sonra qurulanın və dəriniz "soyuyanadək" 20 dəqiqə gözləyin ki, avtozaqar mümkün qədər bərabər çəkilsin.
Avtozaqardan istifadə zamanı siz bir az nəm süngərdən və ya tozlandırıcıdan istifadə edə bilərsiniz. Dərinin hamar və təbii görünməsi üçün avtozaqarı 1:1 nisbətdə bədən üçün nəmləndirici süd və ya krem ilə qarışdırın. Bu vasitəni dirsəklərə, topuqlara, dizlərə və dekolte sahəsinə çox çəkməyin, çünki bu sahələrdə qaralma effekti bir az daha nəzərə çarpan olacaq. Avtozaqardan istifadə zamanı qulaq və boyunun peysər hissəsini də unutmaq lazım deyil.
Avtozaqarı üzə xüsusi səliqə ilə çəkmək lazımdır. Burun ətrafının, qaşların, saç xəttinin emalı üçün pambıq tamponlarından istifadə daha yaxşıdır. Vasitənin daha yaxşı bərabər çəkilməsi üçün onu 1:1 nisbətdə adi gündəlik krem ilə qarışdırmaq olar. Bu vasitəni göz ətrafı sahələrə, göz qapaqlarına və dodaqlara çəkmək olmaz. Maska effektindən qaçmaq üçün yanaqlardan qulaqlara və üzdən boyuna keçən hissələrə xüsusi diqqət edin.
Avtozaqardan istifadə zamanı əllərinizi və dırnaqlarınızı batırmamaq üçün, polietilen əlcəklərdən istifadə edə bilərsiniz. Avtozaqarı çəkdikdən sonra geyinmədən və oturmadan 30-40 dəqiqə ayaq üstə gözləyin (ən azı 8 saatdan sonra duş qəbul edə bilərsiniz). İlk gün açıq rəngli geyimdən vaz keçsəniz daha yaxşı olar.
İntensiv çaların saxlanılması üçün hər 2-3 gündən bir süni qaralmanı yeniləyə bilərsiniz. Ona da hazır olun ki, hətta düzgün istifadə prosesini bilərək çox vaxt lazımi effektə nail olmaq olmur. Bu halda dərinizi süd, limon şirəsi və ya soda ilə yaxşıca silin və bir müddətdən sonra proseduru təkrarlayın.

0 Yorumlar