Kokteyl üçün lazım olan inqrediyentlər:
- 200 q kefir (maksimal 1%-lik yağlılıqla),
- 1 çay qaşığı quru darçın tozu,
- 1-2 çay qaşığı sürtkəcin xırda gözündən keçirilmiş zəncəfil kökü,
- Bir çimdik acı qırmızı bibər.
Hazırlıq prosesi:
Sadəcə kefiri bütün sadalanan ədviyyatlarla qarışdırmaq lazımdır. Çalışın hər porsiyanı bilavasitə istifadə zamanı hazırlayın ki, kokteyldən daha yaxşı effekt əldə edə biləsiniz.
İstifadəsi:
Bir çoxları bu kokteylin tərkibindəki ədviyyatların iştahı zəiflətmək qabiliyyəti olduğu üçün, onu yeməkdən 15-20 dəqiqə əvvəl istifadə etməyi məsləhət görürlər.
Digərləri isə, əksinə, hesab edirlər ki, kokteyli yeməkdən sonra içmək daha yaxşıdır, çünki onun tərkibindəki ədviyyatlar və kefir metabolizm prosesini sürətləndirir. İstəkdən asılı olaraq kokteyli iki porsiyaya bölmək olar — yarısını yeməkdən əvvəl, o biri hissəsini isə yeməkdən sonra içmək olar.
Nəticədə siz orqanizminizə ziyan vermədən 1 ay ərzində 4-6 kilo arıqlaya biləcəksiniz. Düzdür nəticə o qədər də yüksək olmasa da bu kokteyl orqanizm üçün tamamilə zərərsizdir.

0 Yorumlar