Belə məlumdur ki, hislərini kişilər birinci etiraf etməlidir, onlar tanış olmaq üçün təşəbbüs göstərməlidir və s. Kim deyir ki, bu pozulmaz qaydalardır və əgər xanımlar öz gözəl hisslərini kişilərə etiraf edərsə, gözəl sözlər söyləyərsə burada pis nə var ki? Bir-birimizə xoş emosiyaları, sevgini növbə ilə deyil, istək ilə hədiyyə etmək lazımdır.
Xüsusən də ki, kişinin xarakterini və temperamentini nəzərə almaq lazımdır. Təkcə xanımlar deyil, həm də kişilər utana bilər. Bu səbəbdən əgər təşəbbüsü xanımlar öz üzərlərinə götürərsə, onların cəsarəti və səmimiyyəti nəticəsində gələcəkdə daha bir gözəl ailə qurula bilər.
Zəif cinsin bəzi nümayəndələrini, xüsusən də daha gənc xanımları bir neçə sual narahat edir: Seçimim doğrudurmu? Sevgi etirafını etdikdən sonra, o sadəcə dost qalmaq istəyəcək və ya əksinə, bir müddət mənimlə bir yerdə olacaq?
Bir halda ki, bu həyatdır, heç kəs sizə ciddi təlimatlar verə bilməz. Lakin hər kəs üçün vaxt və müşahidə kimi bir əlçatan resurs var. Hətta, əgər siz ilk baxışdan belə aşiq olmusunuzsa, bu zaman tez qaçıb sevgi etirafını etməyə tələsməyin. Biraz təmkinli olun və seçdiyiniz insana qarşı öz hisslərinizi söhbətlər, baxışlar, jestlərlə təqdim etməyə çalışın. Bir müddətdən sonra o mütləq sizə reaksiya verəcək və bu zaman sizə aydın olacaq ki, ürəyinizi açmağa dəyər ya yox?
Sevgi etirafında daha təmkinli olun
Əgər zamanla sizə bu etiraf haqda fikir əzab verərsə, bu zaman istədiyinizi edin, lakin qabaqcadan ən gözlənilməz reaksiyaya belə hazır olun. Ola bilər ki, siz tamamilə eşitmək istəmədiyiniz və gözləmədiyiniz bir cavab alasınız. Amma bu halda da küsməyə və ya məyus olmağa heç bir səbəb yoxdur. Əgər həmin şəxs tam normal insandırsa və hansısa obyektiv səbəblərə görə sizə qarşılıqlı cavab verə bilmirsə, bu zaman ona həqiqətən də dost qalmağı təklif edin.
Sevgi etirafı etmək üçün daha bir sadə üsul mövcuddur. Sevdiyiniz insan haqqında mümkün qədər geniş məlumat toplayın: onun sevdiyi yemək, dinlədiyi musiqi, insanlarda qiymətləndirdiyi məqamlar, tərciyə etdiyi istirahət növü, onun vərdişlərini və s. Belə məlumatlar sizə onun üçün xoş sürprizlər etməyə və ya onun sevdiyi müğənninin konsertinə dəvət etməyə kömək edəcək. Nəzərə alsaq ki, hər kəs hədiyyələri və xüsusən də gözlənilməz sürprizləri çox sevir, bu zaman belə addım emosional olaraq onu sizə daha da yaxınlaşdıracaq.
İmkan olduqca tez-tez onun yanında olmağa çalışın. Səbəb o qədər də önəmli deyil, bu xahiş, sual, kömək üçün müraciət də ola bilər, əsas odur ki, siz onun ehtiyacı olduqda müraciət etdiyi birinci insan olacaqsınız və o sizə öyrəşəcək. Zamanla belə münasibətlər, daha da yaxınlaşırlar, onun sizə daim ehtiyacı olur və bu zaman o sizi mütləq görüşə dəvət edəcək, burada da o birinci sizə etiraf etməzsə sizin üçün bunu etməyə gözəl imkan yaranacaq.

0 Yorumlar