6 nəfərlik bişmə müddəti 20 dəqiqə
İçindəkilər:
- 500 qr dana əti qiyməsi
- 2 soğan
- 2 diş sarımsaq
- 5 pomidor
- 2 dilim çörək içi
- 1 çay bardağı süd
- 4 şorba qaşığı duru yağ
- 2 şorba qaşığı sürtkəcdən keçirilmiş kaşar pendiri
- duz
Hazırlanması:
Soğanları və sarımsaqları soyub doğrayın. Pomidorları soyub kub formasında doğrayın. Çörək dilimlərini südlə isladıb əlinizlə sıxaraq ovun. Qiyməni dərin bir qaba alıb soğan, sarımsaq, pendir, çörək içi, duzu əlavə edib yoğurun. Portağal böyüklüyündə parçaları əlinizlə yuvarlayın.
Tefal tavada 3 yemək qaşığı yağı qızdırıb küftələrin hər iki üzünü qızardın. Qalan duru yağı eyni tavada qızdırıb doğradığınız pomidorları bişirin, duz əlavə edin. Küftələri pomidor sousuyla servis edin.

0 Yorumlar