Orman kababı

Türk mətbəxində çox sevilən yeməklərdən biri. Həm faydalı, həm də ləzzətli. Bu yeməyi ailə içi yığıncaqlarınızda bişirə bilərsiniz.

Həm ailənin yaşlı üzvlərinin, həm də balacaların sevə-sevə yeyəcəyi bir yeməkdir.

6 nəfərlik Bişmə müddəti 50 dəqiqə
İçindəkilər:


  • 1 kq tikə ət (dana olsa daha yaxşı, olmazsa qoyun da ola bilər)

  • 2-3 şorba qaşığı duru yağ

  • 2 soğan

  • 3 kartof

  • 3 yerkökü 1 stəkan

  • konservləşdirilmiş yaşıl noxud 1 şorba qaşığı tomat

  • 1 çay qaşığı

  • kəklikotu

  • duz


Hazırlanması:

Kiçik formada doğranmış soğan, ət və yağı qazana qoyun. Ocaq üzərində qarışdıraraq qovurun. Tomat əlavə edib bir az daha qarışdırın. 2-3 stəkan su əlavə edin və ət yumşalana qədər orta dərəcəli ocaqda bişirin. Kartofları soyun, yerkökünü təmizləyib kiçik-kiçik doğrayın. Bişməkdə olan ətə əlavə edin və qapağı örtərək səbzələr yumşalana qədər bişirin. Səbzələr bişincə yaşıl noxudu və duzu içinə atıb 5-10 dəqiqə sonra da kəklikotunu əlavə edərək ocaqdan götürün. Düyü qarniri ilə servis edin.

Məsləhət görülən içki: bir çox evdə ev istehsalı şərab vardır. Ailə yeməklərində bu növ şərablar daha çox tərcih edilir. Bu yeməyin yanında da çox yüngül aromatlı və alkoqollu, ev istehsalı olan qırmızı şərab içilə bilər. Mükəmməl yemək, masa arxasında səmimi ailə atmosferi və bir qədəh babanızın istehsal etdiyi şərab. Zamanın dadını çıxarın!

Yorum Gönder

0 Yorumlar