Qəşəng olacaq, dəblə ayaqlaşacaq, rahat olacaq, sadə olmayacaq... İşə gedərkən paltar şeçmək bir qadın üçün nə qədər də çətindir. Yaxşı paltar seçimini az da olsa sadələşdirmək yaxşı olmaz idimi? Heç olmasa geyməyəcəyimiz lazımsız geyimlərin bir kənara ataq.
- Bədəninizin tək bir nöqtəsinə diqqəti çəkmək ; məsələn sinə və ya qıç dekoltesi uyğun olmayacaq. Bunun yerinə diqqəti istifadə etdiyiniz uyğun aksessuarlara çəkməyə çalışa bilərsiniz.
- Ofisə gedərkən çox mini ətək və paltar geymək bəlkə cəsur bir görünüş verəcək ancaq əldə etməyə çalışdığınız möhtərəmliyi yerlə bir edə ədəcək.
- Çalışırkən rahat olmaq istəyə bilərsiniz. Ancaq həddindən artıq idman paltarları ciddiliyinizin üstündən xətt çəkə bilər.
- Ofis içərisində, əlbəttə etdiyiniz iş ilə mütənasib olaraq, həddindən artıq dikdaban geymək, çimərlik başmağı havasındakı sandaletləri seçmək, narahat dar və ya bol ayaqqabılar hər vaxt sizi çətin vəziyyətdə buraxacaq. Əgər açıq bir ayaqqabı geyirsinizsə mütləq pedikürünüzü etdirdiyinizdən və ayaqlarınızın baxımlı olduğundan əmin olmalısınız.
- Həddindən çox aksessuar istifadə etməkdə narahat edici və gurultulu bir vəziyyət yarada bilər. Orada yalnız özünüzün işləmədiyini unutmayın.
- Uygun rənglərdə geyinmək, məsələn ayaqqabı və çantanızın uyğunlaşması olduqca diqqət çəkə bilər. Yalnız bəyəndiyiniz və sevdiyiniz bir aksessuar və ya paltarı ofisə geymək hər vaxt ağıllı fikir deyil.
- Əgər uyğun yeriniz varsa, ofisdə ehtiyatda tuta biləcəyiniz bir bluz, bəlkə düz bir babeti şkafınızda saxlamağınızı tövsiyə edərik. Kim bilir bəlkə bir gün ehtiyacınız olar.

0 Yorumlar