Dırnaqları gücləndirən təbii qulluq təklifləri

Dırnaqlarınız tez-tez qırılır və sağlamlıqsız görünürsə bu təkliflər tam sizə görədir. Əl və dırnaqlarımız gözəlliyimizi tamamlayır. Amma bir çox qadın üçün güclü və xoş görünən dırnaqlara sahib olmaq bir xəyaldır.

Bu baxım təklifləriylə siz də qırılmayan, güclü və sağlam dırnaqlara qovuşun...

Zeytun yağı - limon suyu qarışığı

1 çay qaşığı zeytun yağı və 1-2 damcı limonu qarışdırıb həftədə 2 dəfə dırnaqlarınıza tətbiq edin. Gecə yatmazdan əvvəl masaj edərək dırnaqlarınıza sürtün və əlcək taxıb gecə saxlayın. Səhər qalxdığınızda ilıq suyla durulayın.

Çay ağacı yağı - E vitamini qarışığı

1 çay qaşığı çay ağacı yağı və 2-3 damla E vitaminini qarışdırıb dırnaqlarınıza sürtün. Bu qarışıq yalnız dırnaqları gücləndirmir, həmçinin göbələk və infeksiyaya qarşı da dırnaqları qoruyar.

Dəniz duzu üsulu

2 qaşıq dəniz duzuna 2 damcı limon suyu, 2 damcı akgünlük yağı, 2 damla mür yağı və 2 damla buğda toxumu yağı əlavə edib qarışdırın. Bu qarışığı bir kasa isti suya əlavə edib əllərinizi 10-15 dq suyun içərisində saxlayın . Həftədə 2 dəfə tətbiq edin.

E vitamini gecə müalicəsi

1-2 damcı E vitamin yağını dırnaqlarınıza tətbiq edib əlcək taxaraq gecə saxlayın. Ən sürətli həll yollarından biri olduğunu görəcəksiniz.

Sirkə suyu

1 ədəd yumurta sarısı, 1 çay qaşığı sirkə suyu, 2 yemək qaşığı ananas suyu.
Hazırlanması və istifadə qaydası: Bütün vasitələri bir qabın içinə əlavə edib qarışdırın. Dırnaqlarınızı 5- 10 dəq. içində saxlayın. Bu qarışığın sayəsində dırnağlarınız möhkəm olacaq.

Jojoba yağı

1 ç.q jojoba yağı, 1 x.q sirkə, 3 damcı limon suyu. Bütün vasitələri bir qabın içində qarışdırıb ayaq və əl dırnaqlarınıza sürtün. Həftədə 2 dəfə istifadə edin.

Yorum Gönder

0 Yorumlar