Dərisi quru olan xanımlar, nə etməlidirlər?

Mövsüm dəyişikliyi , soyuq havalarda istilik və nəm dəyişiklk dərimizin qurumasına və nəm ehtiyacının artmasına səbəb olar. Nəm yəni həddindən artıq su itkisi səbəbiylə dəri çatlayır, gərginləşir və soyulur. Ən yaxşı nəmləndiricini, gecə kremini və ya serumu istifadə etsək belə əgər doğru məzmunlu məhsul istifadə etmir və tətbiq etmiriksə gözlədiyimiz təsiri görəməyəcəyik.

Dəri quruluğuna nə səbəb olur?


Quruluğun tək bir səbəbi yoxdur. Bəzi insanlar irsi olaraq doğuşdan quru dəriyə sahibdirlər. Zaman irəlilədikcə də həmin kəslərdə dəri quruluğu görülə bilər.

  • Yaş artdıqca dərinin ifraz etdiyi yağ azalar. Azalan yağ quruluğu artıraraq dərinin baryer funksiyalarının pozulmasına, egzema və quruluqla bağlı çatlamalara səbəb olar.

  • Üzü sabunla yumaq, yuyarkən çox isti su istifadə etmək dərinin üst səthindəki və dərinin nəm tarazlığını qoruyan təbii yağ təbəqəsinə zərər verər. Səthdə zəifləyən dərini qoruya bilməz və quruluğa səbəb olar.

  • Nəm nisbəti aşağı quru iqlim və ya quru hava (məsələn qızdırıcının çox yandığı və nəm səviyyəsinin düşdüyü mühitlər) dərinin su itkisinə və qurumasına səbəb olur.

  • Çox günəş, iti külək, siqaret və siqaret tüstüsü kimi ekoloji faktorlar da dərinin su və nəm itirməsinin səbəbləri arasında.


Quru dəri nəmli dəriyə görə daha həssasdır. Quru cildləyər üçün doğru dəri baxımı necə olmalıdır?

Quru dəriyə sahibsinizsə çox isti suyla yuyunmayın. İsti su dəri yağına zərər verəcək və dəri enflamasyonunu artıracaq. Bunu maneə törətmək üçün dərinizi ilıq suyla yuyun. Kran suyu dərinizə sərt gələ bilər. Quruluq yaşadığınız günlərdə üzünüzü içmə su ilə yuyun.

Üz yumasında yüksək pH dərəcəsinə sahib sabunlardanistifadə etməyin. Üzün təmizlənməsi üçün quru və həssas cildlərə uyğun təmizləmə məhsullarını (yuma jeli, təmizləmə südü və s.) seçin. Bədən yumasında yumşaq quruluşlu sabun və ya duş jeli istifadə edin. Bədən üçün sabun istifadə etmək istəyirsinizsə soyuq əməliyyatla edilmiş və içindən qliserini alınmamış təbii sabunlara yönəlin.

Nəmli və sağlam bir dəri üçün dəri baxımını gündəlik vərdiş halına gətirin. Nəmləndirici baxım məhsulunuzdan ən yaxşı nəticəni almaq üçün ən azı 4 - 6 həftə arasında istifadə etməyə diqqət edin. Dəriniz yaxşılaşdıqdan sonra dərinizin sağlamlığı və gözəlliyi üçün eyni şəkildə baxıma davam edin və gözəl dərinizi iti küləklərdə, soyuq və istidən, siqaret və tüstüsündən, günəşdən qorumağı unutmayın.

Yorum Gönder

0 Yorumlar