Dəriyə qayğı göstərmək üçün bitkilərin təbii cövhərlərindən yaxşı heçnə yoxdur. Onlar antioksidləşdiricilərin, vitaminlərin, fitohormonların və mikroelementlərin təbii mənbəyi olduğu üçün dərinin cavanlığını, elastikliyini və hamarlığını uzun müddət qoruyub saxlamağa imkan yaradırlar.
Biz sizə bir çox təbii kosmetik vasitələrin tərkibinə daxil olan bir neçə meyvə cövhərlərinin xeyirli təsirindən danışacağıq.
- Üzüm cövhəri dəri hüceyrələrini bərpa edir, kollagenin sintezinə imkan yaradır, damarları bərkidir, sətəlcəmə qarşı təsir edir və həmçinin də antioksidant təsir göstərir.
- Yaşıl çayın cövhərinin tərkibində xeyli miqdarda katexin, kofein və P, K, C kimi bir sıra vitaminlər mövcud olduğu üçün o da dərimizə müsbət təsir göstərir. Bir çox kosmetik vasitələrin tərkibinə daxil olarkən o hüceyrələrin regenerasiyasına və cavanlaşmasına imkan yaradır, damarların divarlarını bərkidir, günəş şüalarından müdafiə edir.
- Çobanyastığı bitkisinin güllərinin cövhəri dərini sakitləşdirir və onu vitaminlərlə (A, B qrupunun vitaminləri, C) zənginləşdirir. Bu cövhərlərdən istifadə edərək dəridə qızartının, qabıqlanmanın və qıcıqlanmanın qarşısını almaq olar.
- Jojoba bitkisinin toxumlarının cövhəri yağ vəzilərinin işini tənzimləməyə kömək edir, dəridə rütubəti saxlayır, hamarlığı və elastikliyi artırır, dərinin rahat nəfəs almasına imkan yaradır.
- Rodondrona bitkisinin yarpaqlarının gövdə hüceyrələrinin cövhəri isə canlandırıcı, möhkəmləndirici, bakterisid təsirə malikdir, azad radikallardan müdafiə edir, vaxtından əvvəl qocalmanın qarşısını alır, dərinin tonusunu və hamarlığını saxlayır.

0 Yorumlar