Saçlarınızın tez uzanmasını istiyirsizsə, bu xəbər tam sizə görədir
Mart 11, 2014
Əgər həqiqətən saçlarınızın sürətli uzanmasını istəyirsinizsə, evdə asanlıqla tətbiq edə biləcəyiniz bu reseptlər tam sizə görədir:
Bir ədəd turpu rəndələyin və yarım saata qədər qaynadın. Bu suya əlavə etdiyiniz yumurta sarısını yaxşıca çırpın. Bu qarışıqla saçlarınıza masaj edin, sonra da durulayın.
Bir tutam İskəndəriyyə Sennasını (Сенна Александрийская) , bir çay stəkanı suda qaynadın. Süzdükdən sonra soyumağa qoyun. Otaq istiliyinə gəlincə, içinə bir çay qaşığı badam yağı ilə bir ədəd bemiks ampulu qoyub qarışdırın. Saç diblərinizə bu qarışıqla masaj edin və yarım saat gözlədikdən sonra saçlarınızı yuyun. Bu üsulu həftədə bir dəfə tətbiq edə bilərsiniz. Nizamlı tətbiq etdiyiniz təqdirdə, bir ay sonra saçlarınızın daha sürətli uzanmağa başladığını görəcəksiniz.
Adi boymadərən (Тысячелистник обыкновенный), döyülmüş nar qabıqlarını və İskəndəriyyə Sennasını 30 dəqiqə boyunca qaynadın. Suyunun süzdükdən sonra, susam yağı və çırpılmış yumurta əlavə edərək qarışdırın. Saçlarınızı, əldə etdiyiniz bu losyon ilə tez-tez yuya bilərsiniz.
Bir fincan kətan toxumu yağı ilə yarım limonu, bir fincan isti su ilə qaynatdıqdan sonra soyumağa buraxın. Otaq istiliyindəki bu suyu saçınıza masaj edərək tətbiq etdikdən sonra, streçlə və ilıq dəsmal ilə saçınızı örtün. Bir saat gözlədikdən sonra ilıq su ilə saçlarınızı durulayın. Bu tətbiqi həftədə ən az iki dəfə etməlisiniz.
Düyünü yuyarkən axan su ilə saçların masaj edilərək yuyunması, içində maqnezium və B vitamini olduğundan, saçların uzanmasına köməkçi olar. Duşdan sonra, düyünün suyunu saçınıza töküb masaj edin və az bir suyla duruyın. Düyü suyu, həmçinin dərini parladıb, canlandırmasına köməkçi olar.
Bir avokadoyu yaxşıca əzin. Bir qaşıq üzüm çəkirdəyi yağı və bir qaşıq soya yağı ilə yaxşıca qarışdırın. Əldə etdiyiniz bu qarışığı iki dəqiqə gözlədərək saç diblərinizə sürtün. Saçlarınızı streç film və ilıq suyla isladılmış dəsmal ilə örtərək bir saat boyunca gözləyin. Daha sonra saçlarınızı şampunla yuyun. Bu tətbiqi həftədə bir dəfə edə bilərsiniz.
0 Yorumlar