Layner yoxsa göz qələmi?

Sizin üçün doğru məhsul hansıdır? Qərar vermək üçün yazımıza bir nəzər salın.

Göz makiyajı deyilincə iki əhəmiyyətli kosmetik vasitə qarşımıza çıxar. Göz qələmi və layner həm qalıcılıq həm də istifadəsi baxımından fərqlilik göstərər. Sizin üçün doğru
məhsulun hansı olduğuna qərar verə bilməyiniz üçün qələm və laynerlərin müsbət və mənfilərini qeydə aldıq.
Niyə göz qələmi?


  • Hazırlaşmaq üçün çox vaxtınız yoxdursa layner yerinə göz qələmini seçin. Layner sürətlə quruyar və olduqca qalıcıdır. Sürtərkən bulaşdırdığınız təqdirdə təmizləmək üçün çox vaxt itirə bilərsiniz.

  • Yumşaq baxışlara sahib olmaq istəyirsinizsə seçiminiz yenə göz qələmi olmalıdır. Qələmi sürtdükdən sonra qulaq çubuğu ya da varsa qələmin xüsusi süngəriylə çəkdiyiniz xətti paylayıb makiyajınızı bir az daha yüngülləşdirə bilərsiniz.

  • Yumşaq uclu göz qələmlərini gözünüzün içinə də sürtə bilər və göz makiyajınızı daha cəlbedici hala gətirə bilərsiniz.


Niyə layner?


  • Daha diqqətə çarpan və sərt bir təsir yaratdığı üçün gecə makiyajında göz qələmi yerinə layneri seçim edə bilərsiniz. Gündüz makiyajınızı gecə də istifadə edəcəksinizsə, səhər sürtdüyünüz qələmin üstündən bir qat layner çəkməyiniz kifayyətdir.

  • Göz ətrafınız yağlıdırsa və gün içində göz qələminiz təsirini itirirsə, gündüz makiyajınızda da maye layneri seçim edə bilərsiniz.

  • Çox nəmli ya da tərləmə ehtimalınız olan bir yerə gedərkən seçiminiz yenə layner olsun, beləcə makiyajınızın axmasını qarşısını almış olarsınız.

Yorum Gönder

0 Yorumlar