Süfrənizi bəzəyəcək və dadı damaqlarda qalacaq.
Hazırlanması:
8 nəfərlik Bişmə müddəti 15 dəqiqə
İçindəkilər:
- 3 ədəd qabaq
- 2 xörək qaşığı zeytun yağı
- 50 qr keçi pendiri
- Bir tutam cəfəri
- 1 çay qaşığı limon suyu
Pendirli qabaq diliminin Hazırlanması:
Qabaqları soymadan incə dilimləyin. Fırçanı zeytun yağına batıraraq qabaqların hər iki üzünü yağlayın. Dilimlərin üzərinə duz və qara bibər səpin. Qaynar tavada hər tərəfi 4 dəqiqə olmaq şərti ilə qızardın. Bu arada pendiri əzin. Cəfərini yuyub, incə doğrayın və pendirə qatın.
Limon suyunu əlavə edib yaxşıca qarışdırın. Qızartdığınız qabaq dilimlərinə pendir qarışığından bir çay qaşığı qədər alıb bir ucuna yerləşdirin və sonra qabaq dilimlərini sarıyın. Sarıdığınız pendirli dilimləri servis tabağına düzüb servis edin.

0 Yorumlar