4 nəfərlik Bişirmə müddəti 20-25 dəqiqə
İçindəkilər:
- 500 qr qiymə (2 dəfə çəkilmiş)
- 2 dilim bayat çörək içi
- 1 soğan
- 2 yumurta
- 3-4 kartof
- 3 şorba qaşığı duru yağ
- 2 şorba qaşığı süd
- Duz
- Qara bibər
Hazırlanması:
Çörək içini isladıb sıxın və ovun. Soğanı sürtkəcdən keçirin. Qiymənı bir qaba alıb çörək içi, soğan, 2 yumurta, duz, qara bibər əlavə edərək yaxşıca yoğurun.
Hazırladığınız küftə xəmirindən yumurta böyüklüyündə parçalar ayırıb yuvarlayın. Astaca üzərinə basaraq yastılaşdırıb, ortasında çuxur açın. Fırın sinisini 1 qaşıq yağla yağlayın. Küftələri yağlanmış siniyə düzüb üzərlərinə 2 yemək qaşığı duru yağ gəzdirin.
Öncədən isidilmiş 190 dərəcəlik fırında 20-25 dəqiqə bişirin. Kartofları qaynadıb qabığını soyun. Çəngəllə əzərək püre halına gətirin. Süd və duz əlavə edib yaxşıca qarışdırın.

0 Yorumlar