Gecə çölə çıxarkən, rəngli faralar və dəbdəbəli pomadalar istifadə edə bilərsiniz. Diqqət yetirməyiniz lazım olan ilk şey, rəngli olacağam deyə üzünüzü birinci sinif məktəbli şagirdinin şəkilinə bənzətməmək. Rəngləri istifadə edərkən həddindən artığa qaçmayın və mütləq kafi işığı olan bir yerdə makiyaj edin.
Tonal Krem təmiz və nəmləndirilmiş dəriyə, nəmli bir süngərlə sürtülməlidir. Saç dibləriylə üzün birləşdiyi yerdə rəng fərqliliyi olmamalıdır. Tonal Krem bu bölgəyə kiçik toxunuşlarla yaxşıca yayılmalıdır. Tonal Krem üzərinə çəkiləcək pudra şəffaf olmalıdır. Tək başına istifadə ediləcəksə, dəri rənginə uyğun olması və böyük pudra fırçasıyla incə bir təbəqə halında sürtülməlidir.
Əvvəl gözlər!
Gözlərinizi böyük göstərmək üçün üst kirpik diblərinə qara və ya qəhvəyi göz qələmiylə incə xətt çəkməli və bu xətti göz ucundan bir az uzatmalısınız. Alt kirpiklərin diblərinə də incə xətt çəkməli; ancaq bir pambıqlı çubuqla xəttin itiliyini paylamalısınız. Gözləriniz bir-birinə yaxındırsa, gözün gicgah tərəfindəki ucunu daha tünd rəngli bir firça ilə vurğulaya bilərsiniz. Gözləriniz bir-birindən çox uzaqdırsa , göz mənbəsinin üstünü qaşa qədər tünd ton bir kölgə edə bilərsiniz.
Ənlik nə rəng olmalıdır?
Gecə makiyajında ənlik bir az daha tünd ola bilər; ancaq çox yaxşı dağıtılmalıdır. Yumru bir üzü daha incə göstərmək üçün ənliyi almacıq sümüklərinin altından gicgahlara doğru və gicgahlara da çəkməlisiniz. Bucaqlı bir üzdə isə almacıq sümüklərinin üzərinə və çənənin alt-yan sərhədinə ənlik çəkilirsə daha yumşaq bir ifadə təmin edilə bilər.
Növbə dodaqlarınızdadır!
Dodaqlar incədirsə, dodaqların bitiminə sümük rəngi bir qələmlə incə bir çərçivə çəkilər və barmaq uclarıyla yaxşıca paylanaraq xəttin itiliyi azaldılır. Daha sonra dodaq qələmiylə çərçivə çəkilər və bu çərçivənin içi uyğun rəng pomada ilə boyanır. İncə dodaqlar açıq rəng pomadalarla daha dolğun, qalın dodaqlar isə tünd rəng pomadalarla daha incə göstərilə bilər.

0 Yorumlar