Qısa saç modellərinin müsbət tərəfləri

Bu ilin dəbi olan qısa saç modellərinin bir sıra müsbət cəhətləri də var. Mütəxəssislərin fikrincə qısa modellər saçları zədələrə qarşı qoruyur.

Qısa saçlarda saçın şampunla təmas müddətini qısaldaraq daha yaxşı durulmasını təmin edir. Ümumən isə yay mövsümündə tərkibi biotin, sink, lesitin, metionin kimi vitamin və amin turşusundan ibarət olan şampunlardan istifadə etmək effektlidir. Bunlar saçların zədələnməsinin və köhnəlməsinin qarşısını alır.

Yay aylarında dəniz suyu və hovuzda çimənlərdə ultrabənövşəyi şüalar saç tellərini zədələdiyindən saçların tökülməsi kimi hallar baş verə bilər. Bu baxımdan saçları ola biləcək zədələrə qarşı qorumaq və saç diblərini sağlam tutmaq üçün yay aylarında qısa saç modellərinə üstünlük vermək lazımdır.

Qısa saç qurudulmasında fendən az istifadə də saç dərisi üçün böyük əhəmiyyət daşıyır. Ümumiyyətlə sağlamlıq baxımından saçları dəsmal ilə qurulamaq məsləhətdir.

Yorum Gönder

0 Yorumlar