İş yerində sağlam qidalanmaq üçün...

İndiki vaxtda işlərin çoxu oturaq rejimdədir; buna görə çoxumuz uzun iş saatları ərzində oturaraq çalışmaq məcburiyyətində qalırıq. Bu da həm çəkimizə, həm sağlamlığımıza mənfi istiqamətdə təsir edir. Xanım.net bu dəfə Sizə iş yerində düzgün qidalanmaq üçün bəzi tövsiyyələr verəcək:

Səhər yeməyi


Yeni bir iş gününə başlarkən beyninizi tam tutum işlətməyiniz əhəmiyyətlidir. Səhərlər oyandığımızda bədənimiz yuxu müddəti boyunca davam edən aclıqdan oyanmış olur. Bu səbəbdən hazır enerji qaynaqlarından məhrumdur. Bu da diqqətimizin dağılmasına, fokuslanma çətinliyi çəkməmizə, hətta daha əsəbi və gərgin olmağımıza səbəb olur. Bunlar da iş yerində dezavantaj olacaq xüsusiyyətlərdir. Buna görə də səhər yeməyi əsas şərtlərdən biridir.

Bol su için


Yuxudan oyandığımızda bədənimizdəki su səviyyəsi də eynilə enerji səviyyələri kimi düşmüş olur. Kifayət qədər su içməmək beynimizin iş tutumuna mənfi təsir edir. Ona görə də kifayət qədər gümrah bir iş fəaliyyəti üçün bol bol maye qəbul edin. Bununla belə, çay və qəhvədən uzaq olmağa çalışın.

Qidanı hissə-hissə qəbul edin


Oturaq rejimdə bir dəfəyə qəbul olunmuş qida orqanizmin yüklənməsinə və artıq çəkiyə səbəb olur. Ona görə də oturaq iş rejimində qidanın 35-40 dəqiqədən bir hissə hissə qəbulu məqabuldur.

Yorum Gönder

0 Yorumlar