"Tviks" tortu

Tərkibi:


Qatqı:

  • 1 banka qatılaşdırılmış süd

  • 125 q kərə yağı

  • 30 ml ağcaqayın siropu (duru bal da olar)


xəmir:

  • 200 q un

  • 100 q kərə yağı

  • 100 q şəkər tozu


Qlazur:
200 q şokolad

Hazırlanma qaydası:


Biskviti hazırlamaq üçün kərə yağını şəkər tozu ilə çalın, sonra un əlavə edin. Umac alınacaq. Bunu siniyə qoyun. Üstündən basıb hamarlayın, 160 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Bişəndən sonra soyudun.

Sous üçün lazım olan ərzaqları qazanda qarışdırıb ocağın üstünə qoyun, qaynara düşəndə ocağı azaldıb karamel rəngi alanadək bişirin (açıq-qəhvəyi rəngdə olacaq).

Sousu isti-isti biskvitin üstünə tökün, hamarlayın. Şokoladı su hamamında əridib üzərinə çəkin. Soyuyanda kvadrat, yaxud uzunsov batonlara bölün.

Nuş olsun!

Yorum Gönder

0 Yorumlar