Arıqlamaq və pəhriz dedikdə ilk ağıla gələn qida növləri tərəvəzlər və meyvələrdir.
Bütün tərəvəz və meyvələr, lif tərkibli yüksək qida qruplarıdır. Başqa sözlə bunları könül rahatlığı ilə qəbul edə bilərsiniz. Amma bu demək deyil ki, bunlar heç bir limit olmadan qəbul edilə bilər.
Kilolu kəslər daha çox banan kimi şirin meyvələri yeməkdənsə, turş alma, ərik kimi alternativləri düşünə bilərlər. Turş alma və ya qırmızı almanın kalori baxımından fərqi çox deyil, ona görə rahatlıqla alma istehlak edilə bilərsiniz. Pəhriz dəyincə adamın ağılına əvvəl yüngül kalorili məhsullar gəlməkdədir. Bura süd, qatıq, pendir kimi süd məhsullar da daxildir.
Ağ çörək yerinə kəpək, çovdar çörəyi kimi çörəklər seçilməlidir.
Bu cür qidalara üstünlük verməklər normal çəki əldə etməklə yanaşı, qalın bağırsaq xərçəngi kimi xəstəliklərdən də özümüzü qorumuş olarıq. Bazarda makaronun, düyünün esmer olanı, kepeklisi mövcuddur, bunları istehlak etməyə diqqət göstərməliyik.
Həftədə iki dəfə paxla, noxud, mərcimək qrupuna aid olan qidalar qəbul edilməlidir.
Bundan əlavə, qısa zamanda ideal çəki əldə etmə üsullarından biri də salatlardır. Lakin tərəvəz salatlarında mədə-bağırsaq sistemini tənzimləmək üçün ən azı 1 qaşıq zeytun yağından istifadə olunmalıdır.
Qırmızı ətdən daha çox ağ ətə, xüsusilə balığa üstünlük verilməlidir.

0 Yorumlar