Siz toyunuzun necə möhtəşəm keçməsini istəyir və gözləyirsinizsə, toya dəvət etdiyiniz şəxslər də bunu sizdən gözləyir.
Mükəmməl bir gəlin paltarı, qeyri-adi rəqs, gözəl məkan və təbii ki, seçdiyiniz bəy...
Həyatınızın ən önəmli gününün yaxşı təəssüratlarla yaddaşlarda qalması üçün mütəxəssislər bəzi ipucları veriblər. Onları təqdim edirik.
- Çoxlu aksesuarlardan uzaq durun. Bir üzük və sırğanı əlinizdə tutacağınız çiçəklə tamamlayın.
- Həddindən artıq makiyajdan qaçın. Parlaq dəri, gözləri cəlbedici göstərən tuj, dodaqlar üçün olan dodaq parıldadıcı gözəl görünüş üçün yaxşı seçimdir.
- Toy günü saçınızı açıq saxlamaq niyyətindəsinizsə o zaman qısa duvaq seçin, əgər üzünüz yumrudursa uzun və nazik olanı seçin. Üzü uzun olan xanımlar isə daha həcmli duvaqlar seçməlidirlər.
- Çiyin hissəsi açıq olan gəlinliklər toy boyu sizi narahat edər. Hər hərkətinizdə onu yuxarı qaldırmaq məcburiyyətində qala bilərsiniz. Təbii ki, tez-tez onu düzəltməklə heç də xoş olmayan bir görünüş ala bilərsiniz. Bu vəziyyətlə qarşılaşmamaq üçün yaxası bütün olanlara üz tutun.
- Seçdiyiniz aksesuarların gəlinliyinizlə uyğun gəlib-gəlməməsinə diqqət yetirin.
- Toy günü əldə tutulan çiçəyə bir o qədər diqqət yetirilmir. Amma əslində əlinizdəki çiçəklər sizi tamamlamalıdır. Onu əlinizdə rahat tutmalısınız.
- Nikah kəsilərkən qamətinizi düz saxlamağa çalışın. Həmin bütün diqqətlər sizin üzərinizdə olacaq. Əgər həyəcanlanarsınızsa o zaman dərindən nəfəs alıb rahatlanmağa çalışın.
- İlk rəqs zamanı da bütün nəzərlər sizdə olacaq deyə rahat olmalısınız. Əgər xüsusi olaraq rəqsə hazırlaşmamısınızsa o zaman nişanlınızın hərəkətlərini izləyin.
- Toydan öncə xanımların artıq çəkilərini atmaq istəməsi çox normaldır. Amma ac qalaraq bunu etsəniz toy günü üzünüz solğun görünə bilər.
- Gülümsəyin. Dodaqlarınızdan gülüşləri əskik etməyin. Gülüşün ən gözəl makiyaj olduğunu unutmayın. Saxta gülməməyə çalışın və günün özəlliyinin dadını çıxarın.

0 Yorumlar