Hazır maskanı saça necə qoyuruq?
Qabın içində 2 xörək qaşığı yuyulmayan kondisioneri və maskanı qarışdırb təmiz nəm saşlara yaxırıq. Saçları qaynar dəsmala bükürük, 1-2 dəqiqə saxlayırıq və yeni qaynar dəsmal ilə əvəz edirik. Beləcə dəsmalları dəyişərək 20-30 dəqiqə maskanı saçda saxlayırıq. Bu proseduru həftədə 1 dəfə təkrar edin.
Siz bu kimi maskaları öz əllərinizlə də hazırlaya bilərsiniz.
Maska №1
1 xörək qaşığı ayı pəncəsi yağı (репейное масло), 1 ədəd yumurtanın sarısını, aloe şirəsi və mayonezi qataraq masaj edərək başın dərisinə yeridin. Sonra maskanı daraqla saçın uclarına kimi çəkin. Sonda başınızı polietilen paketə bükərək maskanı bir neçə saat saçınızda saxlayın. Bir müddət sonra saçınızı ilıq su və şampun ilə yuyun.
Maska №2
1 xörək qaşığı konyak, 1 xörək qaşığı bal, yumurtanın sarısını və ayı pəncəsi (və ya zeytun) yağını qarışdırın. Saçların parlaqlığını qaytarmaq üçün maskanın içinə bir neçə damcı limon şirəsi əlavə edin və 1 nömrəli maska kimi saçınıza yeridin.
Saçlara qatıq və ya pivə qoymaqla onlara canlılığı qaytara bilərsiniz.

0 Yorumlar