Oğlaqları 2013-cü ildə nələr gözləyir?

Oğlaqlar 2013-cü ildə arzularını reallaşdıra və nələrə qadir olduqlarını göstərə biləcəklər.  Yeni ildə Oğlaqlar onları əhatə edən insanlarla daha rahat ünsiyyət  edəcəklər. Onların özlərində əminliyi artacaq və məhəbbət  məsələlərində daha qətiyyətli olacaqlar.

Rəhbərlik və əməkdaşlarınız sizə dəyər verməyə başlayacaq. Bu isə karyera yüksəlişinizə öz müsbət təsirini verəcək. Oğlaqların köməyinə bir çox qohumların ehtiyacı olacaq.

2013-cü ildə oğlaqları məhəbbət sahəsində də uğurlar gözləyir. Lakin tapdıqları yeni məhəbbətə qarşı qısqanclıq hissi onları daima narahat edəcək. Şəxsi münasibətlər payız aylarında düzələcək.

Hər iki tərəf bir birinə qarşı yenidən qayğı ilə yanaşmağa başlayacaq. Tənha Oğlaqlar isə diqqət dəryasında batacaqlar. Onları bir neçə nəfərlə flirt gözləyir.Bu hal onları seçim etməyə məcbur edəcək.

Gələcək həyatları məhz bu seçimdən asılı olacaq. Sakit və rahat, yoxsa həyəcanlı və ehtiras dolu olacaq. İstənilən halda Oğlaq çox seviləcək və münasibətlərə rəhbərlik edəcək. 2013  maliyyə cəhətdən Oğlaqları sevindirəcək. Qənaətçil olan bu işarə büdcəsini artırmağa nail olacaq. Onların xərcləri də az olmayacaq, lakin əsas xərclər uşaqlara və öz təhsillərini artırmağa gedəcək.

Oğlaqların sağlamlığına gəlincə isə ümumi zəiflik və zəifləmiş immun sistemi əsas problemləri olacaq. Baş verən hadisələrin depresiyasına uğruyan Oğlaqlar hirslərini biruzə vermədikləri üçün imunitetlərini sarsıdacaqlar. Ürək-damar sisteminin problemləri ilə onlar may-iyun aylarında qarşılaşacaqlar.

Yorum Gönder

0 Yorumlar