Məşhur Koko Şanel qadın üçün donun vacibliyini vurğulayırdı. Bu geyimdə özümüzü kişi kimi hiss etməyimiz mümkün deyil, qadınlığımızı məhz bu geyimlə ifadə edə bilərik – deyə böyük modelyer bu geyim növünü qadınlara məsləhət görürdü.
Bu mövsümün ən gözəl modelləri:
- Bu il Stella Mak Kartnini ideyasına görə “ağıllı donlar” (düz, dizdən bir balaca aşağı) çox dəbdədir.
- Bu mövsüm dizaynerlər don üçün düz silueti məsləhət görüblər. Dolu bədənli xanımlar belə bu donlara üstünlük verə bilərlər, çünki məhz bu fason artıq çəkinizi nəzərə çarpdırmayacaq. Don üçün aktual uzunluq dizdən bir qədər aşağı olmasıdır.
- Köynək-don – payız mövsümündə dəbli sayılacaq. Ofis üslubu üçün uyğun olan bu model xanımlar tərəfindən çox bəyənilir.
- 60-cı illərin trapez formalı donları hələ də populyarlığını qoruyub saxlayacaq. Bu donları yalnız altı düz ayaqqabılarla geyinməyiniz məsləhətdir.
Dəbdə olan parçalar
- Dəri parçalar bu ilin trendi hesab olunur. Bədənə kip oturan sırıqlı dəri donlar isə mövsümün xiti sayılacaq.
- Dəri don sizin üçün çox cəsarətli addımdırsa dəri ornamentli yun don seçiminiz ola bilər.
- Məxmər parça gecə geyimləri üçün əvəzsiz olacaq. Məhz məxmər parçalı ziyafət donu ilə siz hamıdan seçiləcəksiniz.
- Krujeva 2013-cü ildə yenə də öz aktuallığını qoruyub saxlayır.
- Qız mövsümü üçün hörüklü yun toxunma don almağınız tam yerinə düşəcəkdir. Bu cür donlar üçün rəngli printlər də aktualdır.
- Məktəbli geyiminin yaxalığı kimi yaxalıq don və köynəklər üçün çox dəbli sayılacaq. Bu geyimə xüsusən konservativ xarakterli xanımlar üstünlük verirlər.
- Orijinallığı sevən xanımlar üçün assimetrik donlar hələ də dəbdədir. Donun qol və ya ətəyinin assimetrik olması – sizin öz seçiminizdir.
Barokko üslubu və ya baska
Trikotaj donda barokko üslublu naxışlar və baska 2013-cü ildə dəbdə olacaqdır. Bundan başqa drapirovka, plisse yenidən dəbə gəlir.
İlin rəngləri isə zümrüd, bordo və elektrik göy rəngin çalarları hesab olunur. Həmçinin ağ və qara printlər aktual olacaqdır.

0 Yorumlar