Gözdən iraq

Gözlərdən makiyajı silmək göründüyü qədər sadə iş deyil. Kosmetikanı tez və dəriyə zərər vermədən silmək üçün bu məsləhətləri yadda saxla.

Əgər bir və ya ikifazalı vasitələr arasında seçim edə bilmirsənsə, onda sənə uyğun olanının üzərində dur. İkifazalı vasitələr makiyajı daha effektiv təmizləyir (hətta suyadavamlı teksturları), amma onlar kirpiklərdə yağlı təbəqə qoyur və gözlərin çox həssasdırsa, hətta allergik reaksiya yarada bilir.

Tez-tez təsadüf edilən səhv pambıq diskinə vasitənin çəkilməsindən sonra dərhal makiyajı təmizləməyə başlamaqdır. Bunu edərkən sən kosmetikanı yayır və göz ətrafı zərif dərini zədələyirsən. Diski suda islat, onu sıx və nəm pambığa makiyaj silmək üçün vasitəni çək. Diskləri bağlı gözlərə qoy və 30 saniyə gözlə. Sonra isə zərif hərəkətlərlə makiyajı təmizlə.

Çox yorğunsan, ancaq buna baxmayaraq, yaxşı görünməlisən, onda təzə sıxılmış portağal şirəsindən bir stəkan iç. o, orqanizmi vitamin C ilə doyduracaq və enerjin sənə hələ bir neçə saatlıq bəs edəcək. Əgər ehtiyatda 15 dəqiqən varsa, onda tez təsir göstərən vasitələri (ampulalar, maskalar) dəriyə çəkib, makiyajını yenilə.

Yorum Gönder

0 Yorumlar