Sənin rəng seçimlərin nədən xəbər verir

Əhvalın (hətta xasiyyətin) çalarları qarderobun çalarlarında əks olunur. Bütün paltarlarını, ayaqqabı və aksessuarlarını rənglərinə görə qruplaşdır. Və özün haqqında yeni şeylər öyrən.

Paltarında rəng seçimlərin nədən xəbər verir


Paltarının rəngi, sənin hal-hazırkı həyat dövrünü necə qəbul etmən haqqında çox şey deyə bilər.

  • AĞ: sən dünyanın daha xeyirxah və rahat olmasını istəyirsən. Eyni zamanda, sən özün rahatlaşmaq, gərginlikdən azad olmaq istəmirsən və səndə üç nəfərin inadkarlığı var.

  • QARA: qaydalar üzrə gedən istənilən oyun səni cəlb etmir və bunu yalnız özün bilirsən. Başqaları səni işgüzarlıq və loyallıq etalonu hesab edirlər.

  • QIRMIZI: risqə getməyi xoşlayırsan. İndi həyatının elə bir dövrüdür ki, inadkar olmağa məcbursan.

  • YAŞIL: sən ayaqlarının üzərində möhkəm dura bilirsən və özünə kifayət qədər əminsən.

  • GÖY: sən özünə və o oğlana görə məsuliyyəti öz üzərinə götürürsən. Eyni zamanda, iş yoldaşına, anana və qonşuna görə də. Sənin gündəlik həyatın elə bundan ibarətdir.

  • QƏHVƏYİ: sən başqalarının fikirlərinə məhəl qoymadan, inadla məqsədinə doğru irəliləyirsən. Amma səni ciddi problemlər də gözləyə bilər.

  • BOZ: sən axmaq hərəkətlər və geriyə dönülməz səhvlər etməkdən çox qorxursan.

  • SARI: diqqətləri özünə cəlb etməyə can atırsan, amma başqalarının fikrindən asılı olmaq istəmirsən.

  • BƏNÖVŞƏYİ: ətrafdakıların dəstəyinə ehtiyac duyursan, amma kömək istəməyə hazır deyilsən.

  • ÇƏHRAYI: sən Cosmo-nun pərəstişkarısan. Bundan əlavə, insanlardan daha çox qayğı və nəvaziş görmək istəyirsən.


Alt geyimləri


İnsanın qəlbi kimi, alt geyimlərini də hamı görmür. Onların rəngi sənin gizli arzu və hisslərindən xəbər verir.

  • QARA: yöndəmsiz görünməkdən qorxursan. Özünü və partnyorunu idarə etməyə can atırsan.

  • AĞ: risk etmək sənlik deyil. Qarşı tərəfdən daha çox nəvaziş görmək istərdin. Ehtiras isə ikinci dandadır.

  • BƏDƏN RƏNGİ: sən məzəmmət olunmaqda qorxursan. Münasibətlərdə hamı kimi olmaq istəyirsən.

  • QIRMIZI: cinsi münasibətlərdə onun əvvəlki sevgililərindən üstün olmaq arzusundasan.

  • Hamıdan ehtiraslı görünmək əsas məqsədindir.

  • "BEGEMOT ŞƏKİLLƏRİ": sən nə sevgidə, nə də həyatda darıxmağı xoşlayırsan. Emosiyaların coşqun olmasını istəyirsən.

  • YAŞIL, GÖY, YASƏMƏN RƏNGLƏRİ: yaşlanma və məsuliyyət səni əməlli-başlı qorxudur.


Ayaqqabı rəngi


Rəngli ayaqqabılarOnun köməyilə də sən dünyaya özün haqqında müəyyən məlumatlar verirsən.

  • QARA: ətrafdakıların səni etibarın, işgüzar və məsuliyyətli bir insan kimi qəbul etmələrini istəyirsən.

  • QƏHVƏYİ: sən səylə başqalarını başa düşməyi bacaran və onların rəğbətini qazana bilən insan imicini yaratmağa çalışırsan.

  • AĞ: bildiyini edirsən, amma ürəyində daha incə, yumşaq olmağı arzulayırsan.


Müasir dövrdə bu və ya digər çalarlardan yalnız qəsdən qaçmaq mümkündür. Deməli, məhz sənə xas olan keyfiyyətləri göstərirsən. Və əgər sənin qarderobunda hər hansı rəngdə olan paltar yoxdursa, bundan nəticə çıxar!

Nəyi sevmirsən



  • AĞ: sən aldanmaqdan qorxursan və öz romantik hisslərini gizlədirsən.

  • QARA: nə qədər dolanbac olsa da, həmişə öz yolunla gedirsən.

  • QIRMIZI: sənin cazibədarlıqla bağlı komplekslərin var.

  • YAŞIL: uzunmüddətli münasibətlər sənə çətinliklə başa gəlir. Həmçinin, sən var gücünlə yeknəsəq və darıxdırıcı işdən qaçırsan.

  • GÖY: düşünürsən ki, həyatda hələ də hər şeyi dəyişmək mümkündür, amma bəzən könüllü olaraq yaxşı şansları əldən verirsən.

  • QƏHVƏYİ: insanlara qarşı təkəbbürlüsən.

  • BOZ: tələsik yaradıcı layihələrin öhdəsindən asanlıqla gəlirsən. Söhbət uzunmüddətli və gərgin işdən gedəndə, özünü itirirsən.

  • SARI: sən öz iddialarından utanırsan və bir çox hallarda layiq olduqlarını əldə edə bilmirsən.

  • BƏNÖVŞƏYİ: səni başqalarının fikirləri çox maraqlandırır.

  • ÇƏHRAYI: yelbeyin insanlar və hərəkətlər sənin xoşuna gəlmir.

Yorum Gönder

0 Yorumlar