Xardal sousunda Dovşan

Ərzaqlar



  • Dovşan əti - 800 qr

  • Kök - 300 qr

  • Xardal - 2 xörək qaşığı

  • Xama - 200 qr

  • Duz, istiot


Hazırlanması:


Dovşan ətini toyuq əti kimi tikələrə doğrayın, duz-istiot vurun. Tikələri bitki yağında hərtərəfli qızardın. Sonra əti qapağı bağlı tavada yarım stəkan su töküb, 15 dəqiqə bişirin. Kökü təmizləyib, iri halqalara doğrayın. Dovşan ətinin üstünə düzün, qapağı bağlayıb, daha 20 dəqiqə bişirin. Bişmiş yeməyi qarışdırın, üzərinə ilıq edilmiş xama və xardal əlavə edin, bir az da duzlayın, qarışdırın və zəif odda, qapağı bağlı daha 20 dəqiqə bişirin.

Yeni ildə dünya ölkələrində dovşan bişirmək dəbdədir. Hələ də bu incə ətin dadına baxmamısızsa, sınayın.

Yorum Gönder

0 Yorumlar