İşləyənlərin hər biri demək olar ki, işdə müvəfəqiyyət qazanaraq karyera qurmaq istəyir. Çalışıb amma karyera qurmaq və işində yüksəlmək istəməyən, yəqin ki yoxdur.
Bəs onda niyə karyera qurur və yaxud qurmaq istəyirik? Işlədiyimiz yerdə necə karyera qura bilərik? Ilk olaraq insanlar işlədiyi mühitdə çox məhsuldar olduğunu, bərabər işlədiyi həmkarlarından daha da öndə getdiyini düşünürsə, deməli, o karyera qurmaq mərhələsində hərəkətə başlamışdır.
Bundan sonra isə quracağınız karyeranı qoruyaraq iş mühitindəki fürsətlərdən tez yararlanmalı, onları düzgün qiymətləndirməyi bacarmalısınız. Dünyamız sürətli bir texnoloji inkişafa ev sahibliyi etməkdədir, bu da o deməkdir ki, imkanlar hal-hazırda daha genişdir . Texnologiyanı izləyin, öyrənin və mütəmadi olaraq öyrənin ki, fürsətləri qovmaq əvəzinə, fürsətlər sizi tapsın.
Karyeraya sahib olmaq insandan insansa dəyişir. Beləcə, karyera qurmaq insanların dünyagörüşünə görə dəyişir. Ən yaxşı karyera insanın özünü qəbul etməsi və tapmasıdır.

0 Yorumlar