Edinburq universitetinin tədqiqatçılarının fikirinə görə, günəş işığı qan təzyiqini aşağı salır, infarktın və insultun riskini azaldır, həmçinin ömrü uzadır. Ultrabənövşəyi şüalar qan təzyiqini aşağı salan maddə istehsal edirlər.
Qaralma faydalıdırmı?
Tədqiqat zamanı dermatoloqlar ultrabənövşəyi şüaların və infra-qırmızı lampaların təsiri vaxtı 24 könüllünün qan təzyiqini ölçüblər. Nəticələr göstərib ki, qızma lampalarının deyil ultrabənövşəyi şüaların təsirindən bir saat sonra qan təzyiqi əhəmiyyətli dərəcədə azalıb.
Ürəyin sağlamlığı üçün günəş işığının xeyiri dəri xərçənginin yaranması riskini azaldır. Əgər bu gələcəkdə də təsdiq olunarsa mütəxəssislər günəşdə olmağa dair öz tövsiyələrini təkrar gözdən keçirməli olacaqlar.
Necə düzgün qaralmaq olar?
Ultrabənövşəyi radiasiyanın güclü təsirini dəri xərçənginin yaranması riski ilə əlaqələndiyi üçün, mütəxəssislər günəşdə olma zamanını məhdudlaşdırmağı məsləhət görürlər.
- Küçəyə çıxmamışdan yarım saat əvvəl gündən qoruyucu kremdən istifadə edin.
- Ultrabənövşəyi şüalardan müdafiə üçün günəşdən qoruyan eynəklərdən istifadə edin.
- Saat 10:00-16:00 arası düz günəş şüalarından çəkinin.
- Susuzlaşmadan qaçmaq üçün ün ərzində su için.
- Təbii materiallardan hazırlanmış açıq rəngli geyimlərdən və baş geyimindən istifadə edin.

0 Yorumlar