Əlləriniz üçün baxım təklifləri:
- Əllərinizi yuduqdan sonra yaxşı qurulayın, krem və losyon sürtün.
- Hə gün əllərinizi iki, üç dəfə yumşaq sabunla yuyub bol suyla durulayın.
- Hər gün bir dəfə barmaqları və dırnaqları yaxşıca fırçalayın.
- Sərt olmayan ponza daşıyla əllərinizi ovun. Ponza daşı sərt dəriləri təmizləyər, rəngini tarazılaşdırar.
- Həftədə bir gün əlləri çox yağlı kremlə masaj edin.
- Gecə yatmazdan əvvəl barmaq ucundan başlayaraq dibinə qədər, ovuc içinə və üstünü masaj edin.
- Həftədə bir gün əllərinizə qalın təbəqə yağlı krem, nəmləndirici ya da vazelin sürtüb pambıqlı əlcək taxaraq yatın. Səhər oyandığınızda baxımlı əllərə sahib olduğunuzu görəcəksiniz.
- Əllərinizi limon qabıqlarıyla ovun, rənginin açıldığını, yumşaldığını görəcəksiniz.
- Əllərinizin üstünə parafin sürtün məsamələrin açıldığını görəcəksiniz.

0 Yorumlar